main-post-cover

    Motorola qatlana bilən smartfonlar üçün yeni texnologiyanın patentini əldə edib

    Cihazlar+
    11.10.2024
    Emil Nəcəfov
         Motorola şirkəti qatlana bilən smartfonlar üçün nəzərdə tutulmuş yeni texnologiyanın patentini əldə edib. Əldə edilmiş yeni patent bu cür smartfonların funksionallıqlarını artırmalıdır. Söhbət, motorlaşdırılmış ilmə texnologiyasından gedir. ABŞ Ticarət Nişanları və Patentləri bürosuna göndərilmiş patent sorğusuna əsasən motorlaşdırılmış ilmə texnologiyası smartfonun yuxarı hissəsinin əyilmə bucağını avtomatik şəkildə ayarlaya bilir. Bu isə o deməkdir ki, videoçat və ya foto çəkilişi zamanı cihaz avtomatik şəkildə ekranın vəziyyətini tənzimləyə biləcək. Nəticədə istifadəçi daimi şəkildə kadrda qala biləcək. Bu cür özəllik videoçatların, selfie və ya qrup fotoların çəkilməsi kimi proseslərin daha rahat yerinə yetirilməsinə imkan verəcək. Bu texnologiya birbaşa smartfona inteqrasiya edilə və ya ayrıca aksesuar şəklində satıla bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Dözümlü gövdəyə sahib Motorola ThinkPhone 25 smartfonu təqdim edilib - QİYMƏTİ
    dozumlu-govdeye-sahib-motorola-thinkphone-25-smartfonu-teqdim-edilib-qiymeti
    Moto G75 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    moto-g75-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Moto G Stylus 5G (2025) smartfonunun yeni render fotosu təqdim edilib
    moto-g-stylus-5g-2025-smartfonunun-yeni-render-fotosu-teqdim-edilib
    Moto G75 smartfonunun render fotoları təqdim edilib
    moto-g75-smartfonunun-render-fotolari-teqdim-edilib
    Qatlana bilən qapaqlı Motorola Razr 50s smartfonu hazırlanır
    qatlana-bilen-qapaqli-motorola-razr-50s-smartfonu-hazirlanir