Növbəti iPad Air, iMac və Studio Display üçün yeni növ ekran hazırlanır
Cihazlar+
05.11.2024
Emil Nəcəfov
İnsayderlərin vermiş olduqları məlumata əsasən Apple şirkəti növbəti iPad Air, iMac və Studio Display modellərinin əldə edəcəkləri yeni növ ekran üzərində çalışır. Məlumatda qeyd edilib ki, şirkətin hazırladığı yeni növ ekran maye kristallik ekrandır və o, standart 90 Hz-lik təsvir yenilənməsinə sahibdir. Nəticədə Apple şirkətinin adları sadalanmış bu cihazlarda 60 Hz-lik təsvir yenilənməsinə sahib ekranları məhz hazırlanan bu yeni növ ekran əvəz edəcək.
Gözləntilərə əsasən yeni növ ekran M3 prosessorlu iPad Air planşetində və 24 düym ekranlı iMac ilə Studio Display monitorunda tətbiq ediləcək. Qeyd etmək lazımdır ki, ortaya çıxmış məlumata əsasən gələn il təqdim olunacaq iPhone 17 modellərinin hamısında 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranlar tətbiq ediləcək. Yəni bu özəlliyi iPhone Pro və iPhone Pro Max modellərindən başqa digər iPhone modelləri də əldə edəcəklər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple smart eynək mövzusunda şirkət daxili araşdırma aparır
Apple smart eynək mövzusunda şirkət daxili araşdırma aparır
Apple şirkəti bu ilin fevral ayında Vision Pro adlı qarışıq reallıq cihazını satışa çıxartdı. Lakin şirkət Vision Pro-nun satışları ilə bağlı problemlər yaşayır.
Apple şirkəti Pixelmator tətbiqini almağa hazırlaşır
Apple şirkəti Pixelmator tətbiqini almağa hazırlaşır
Pixelmator tətbiqi fotoların tərtibatı və redaktəsi üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərdən biridir. O, Photoshop-un alternativ variantı kimi istifadə edilir.
iOS 18.2 düşünüldüyündən daha tez istifadəyə veriləcək
iOS 18.2 düşünüldüyündən daha tez istifadəyə veriləcək
Apple şirkəti iOS 18.2-ni istifadəyə verməyə hazırlaşır. Daha öncə iOS 18-in bu yeni versiyasının 10 dekabr tarixindən sonra istifadəyə veriləcəyi düşünülürdü.
2026-cı ildə yeni dizayna sahib MacBook Pro-lar satışa çıxacaq
2026-cı ildə yeni dizayna sahib MacBook Pro-lar satışa çıxacaq
Apple şirkəti keçən həftə M4 prosessorları vasitəsilə çalışan yeni MacBook Pro noutbuklarını təqdim etdi. Yeni MacBook Pro modelləri alıcılara M4 prosessorları ilə yanaşı böyük həcmdə RAM yaddaşını və inteqrasiya edilmiş Apple Intelligence ekosistemini təklif edirlər.
Apple gələn il iPhone-larda LTPO texnologiyasının istifadəsini genişləndirəcək
Apple gələn il iPhone-larda LTPO texnologiyasının istifadəsini genişləndirəcək
Verilmiş məlumata əsasən Apple şirkəti gələn il təqdim olunacaq iPhone 17 smartfonlarında LTPO texnologiyasının istifadəsini genişləndirəcək.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!