Samsung Galaxy S25 Ultra-nın batareyası gözlənilən kimi olmaya bilər!
Cihazlar+
29.04.2024
Farid Pardashunas
Samsung markası bir neçə nəsildir ki, flaqman smartfonlarının batareyası haqqında çox da dəyişiklik etməyib. Bu xoşagəlməz ənənənin Galaxy S25 Ultra modelində də davam edəcəyi gözlənilir.
Samsung-un Galaxy S24 Ultra ilə əsasən avtomobillərdə gördüyümüz üst-üstə yığılmış batareya texnologiyasına keçəcəyi və modelin tutumunu artıracağı vaxtı ilə gündəmə gətirilmişdi. Təəssüf ki, açıqlanmayan səbəblərə görə, bu texnologiyaya üstünlük verilmədi və ehtimallara əsasən bunun xərclərlə bağlı olduğu bildirilir. İndi, iki fərqli mənbənin iddiasına görə, eyni səbəbdən Galaxy S25 Ultra-nın batareya tutumunda və sürətli şarj xüsusiyyətlərində heç bir dəyişiklik olmayacağı gözlənilir.
Buna görə də, Galaxy S25 Ultra modelində 5000 mAh batareya və 45W sürətli şarj xüsusiyyətlərini görmək sürpriz olmaya bilər. Şirkətin Galaxy S25 seriyasında Snapdragon 8 Gen 4 və Exynos 2500 çiplərindən istifadə edəcəyi gözlənilir. Hazırki nəsildə Cənubi Koreya nəhəngi Galaxy S24 Ultra-da yalnız Snapdragon 8 Gen 3 prosessoruna yer vermişdi. Beləliklə, gələcəkdə təqdim olacaq Galaxy S25 Ultra üçün yalnız Snapdragon 8 Gen 4 prosessorundan istifadə ediləciyini görə bilərik.
Digər tərəfdən, bir Qualcomm idarəçisi, xüsusi Orion nüvələri sayəsində Snapdragon 8 Gen 4-ün, Snapdragon 8 Gen 3-dən daha bahalı olacağını bildirmişdi. Snapdragon 8 Gen 3-ün 200 dollara başa gəldiyini nəzərə alsaq, Samsung şirkəti imkan daxilində marjinalları optimallaşdırmalı olacaq. Bu optimallaşdırma batareya tərəfində də ola bilər.
Linki kopyala
qualcomm snapdragon 8 gen 3
samsung galaxy s25 ultra
samsung galaxy s24 ultra
galaxy s25 ultra battery
qualcomm snapdragon 8 gen 4
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy S24 smartfonlarının hazırlanmasında tonlarla təkrar emal edilmiş materiallardan istifadə edilib
Samsung Galaxy S24 smartfonlarının hazırlanmasında tonlarla təkrar emal edilmiş materiallardan istifadə edilib
Dünən Beynəlxalq Yer kürəsi günü qeyd olundu. Bu münasibətlə Samsung şirkəti öz fəaliyyətində karbon izini necə azaltdığı barəsində məlumat verib.
Snapdragon 8 Gen 4-ü ilk əldə edəcək smartfonların brendləri açıqlanıb
Snapdragon 8 Gen 4-ü ilk əldə edəcək smartfonların brendləri açıqlanıb
Qualcomm öz növbəti flaqman prosessoru olacaq Snapdragon 8 Gen 4-ü bu ilin ikinci yarısında təqdim edəcək.
Exynos 2500 prosessoru Snapdragon 8 Gen 4-dən daha az enerji sərfiyyatına sahib olacaq
Exynos 2500 prosessoru Snapdragon 8 Gen 4-dən daha az enerji sərfiyyatına sahib olacaq
PhoneArena saytı öz mənbələrinə istinadən Qualcomm və Samsung şirkətlərinin növbəti flaqman prosessorları barəsində maraqlı bir məlumatı çatdırıb.
Snapdragon 8 Gen 4 prosessoru smartfonların daha böyük həcmli batareyalar əldə etmələrinə səbəb ola bilər
Snapdragon 8 Gen 4 prosessoru smartfonların daha böyük həcmli batareyalar əldə etmələrinə səbəb ola bilər
Qualcomm şirkəti növbəti flaqman prosessoru olacaq Snapdragon 8 Gen 4 üzərində aktiv çalışmağa davam edir.
Samsung Galaxy S25 smartfonlarında iki fərqli prosessor istifadə ediləcək
Samsung Galaxy S25 smartfonlarında iki fərqli prosessor istifadə ediləcək
Görünür, Samsung şirkəti, Galaxy S24 smartfonlarında olduğu kimi Galaxy S25 smartfonlarında da iki fərqli prosessorun istifadəsi yolu ilə gedəcək.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!