main-post-cover

    Şarj etmək üçün taxılan bir iPhone 14 Pro Max anidən bomba kimi partlayıb!

    Cihazlar+
    06.11.2024
    Farid Pardashunas

         Çində şarjda olan bir iPhone 14 Pro Max qəfil bomba kimi partlayıb. Telefonun sahibi kiçik xəsarət alıb və hadisə ilə bağlı araşdırmalara başlanılıb.

         Çində yaşanan bu hadisədə, bir qadın şarjda olan iPhone 14 Pro Max cihazının qəfil alovlandığını görüb. Alovlara müdaxilə etmək istəyərkən qadın kiçik xəsarətlər alıb. Xoşbəxtlikdən, xəsarət ciddi olmayıb. Fotodan da görüldüyü kimi, alovların məhv etdiyi iPhone 14 Pro Max-dan geriyə demək olar ki, heç nə qalmayıb. Qeyd edək ki, bədbəxt hadisənin qurbanı olan qadın bu smartfonu 2022-ci ildə aldığını və zəmanət müddətinin bitdiyini bildirib.
         Bu dəhşətli hadisənin səbəbi Apple-ın aparacağı analizlərdən sonra məlum olacaq. Lakin burada birbaşa Apple-ı günahlandırmağın tez olduğunu deyə bilərik. Çünki cihazın yanmadan əvvəl təmir vəziyyəti ilə bağlı hər hansı bir məlumat verilməyib. Batareyanın orijinal olub-olmaması və cihazda icazəsiz müdaxilə edilib-edilməməsi də məlum deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Növbəti iPad Air, iMac və Studio Display üçün yeni növ ekran hazırlanır
    novbeti-ipad-air-imac-ve-studio-display-ucun-yeni-nov-ekran-hazirlanir
    Apple smart eynək mövzusunda şirkət daxili araşdırma aparır
    apple-smart-eynek-movzusunda-sirket-daxili-arasdirma-aparir
    Apple şirkəti Pixelmator tətbiqini almağa hazırlaşır
    apple-sirketi-pixelmator-tetbiqini-almaga-hazirlasir
    iOS 18.2 düşünüldüyündən daha tez istifadəyə veriləcək
    ios-182-dusunulduyunden-daha-tez-istifadeye-verilecek
    2026-cı ildə yeni dizayna sahib MacBook Pro-lar satışa çıxacaq
    2026-ci-ilde-yeni-dizayna-sahib-macbook-pro-lar-satisa-cixacaq