main-post-cover

    Təqdimata hazırlaşan Samsung Galaxy A35-in arxa panel dizaynı sərgilənib

    Cihazlar+
    08.02.2024
    Emil Nəcəfov
         Samsung şirkətinin təqdimata hazırladığı Galaxy A35 smartfonunun real fotosu internetdə ortaya çıxıb. Ortaya çıxmış fotoda smartfonun arxa paneli əks olunub. Foto Galaxy A35 barəsində daha öncə olmuş məlumat sızıntılarını təsdiqləyib. Belə ki, smartfon üçlü arxa kameraya və yastı kənar hissələri özündə birləşdirən gövdəyə sahib olacaq. Ümumilikdə smartfon xarici görünüşcə Galaxy S24-ə bənzəyəcək. Son məlumat sızıntılarına əsasən Galaxy A35 smartfonu 6.6 düym ekranla təchiz olunacaq və Exynos 1480 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfonun 50 MP-lik əsas arxa kameraya, 13 MP-lik ön kameraya və 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacağı gözlənilir. Galaxy A35-in yaz fəslinin əvvəli təqdim olunacağı güman edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy A35 təqdimata hazırlaşır
    samsung-galaxy-a35-teqdimata-hazirlasir
    Samsung Galaxy A35 Geekbench testlərindən keçib
    samsung-galaxy-a35-geekbench-testlerinden-kecib
    Samsung Galaxy A35 və A55 flaqman smartfonların özəlliklərindən birini əldə edə bilərlər
    samsung-galaxy-a35-ve-a55-flaqman-smartfonlarin-ozelliklerinden-birini-elde-ede-bilerler