main-post-cover

    Xiaomi 15-in ön panelini əks etdirən yeni render foto təqdim edilib

    Cihazlar+
    03.09.2024
    Emil Nəcəfov
         Digital Chat Station ləqəbli məşhur insayder yaxın zamanda təqdimatı gözlənilən Xiaomi 15 smartfonunun yeni render fotosunu təqdim edib. Təqdim edilmiş fotoda smartfonun ön paneli əks olunub. Fotoya əsasən söyləmək olar ki, keçən ilki Xiaomi 14 ilə müqayisədə Xiaomi 15 modeli daha nazik ekran ətrafı çərçivələri əldə edəcək. Digər dizayn elementlərində isə heç bir dəyişiklik olmayacaq. Belə ki, Xiaomi 15 smartfonu həmin yastı gövdə dizaynını əldə edəcək və onun ekranı üzərində dairəvi formalı kiçik çıxıntı yerləşəcək. Son məlumat sızıntılarına əsasən Xiaomi 15 smartfonu 1.5K keyfiyyətli ekranı əldə edəcək, Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı birləşdirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli Redmi Buds 6 Lite naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    budceli-redmi-buds-6-lite-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    Xiaomi artıq MIX Flip 2 üzərində çalışır
    xiaomi-artiq-mix-flip-2-uzerinde-calisir
    Xiaomi Pad 7 planşeti 3 versiyada təqdim ediləcək
    xiaomi-pad-7-planseti-3-versiyada-teqdim-edilecek
    Büdcəli Redmi 14C smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-redmi-14c-smartfonu-teqdim-edilib-qiymeti
    HyperOS 2.0-ı 100-dən çox Xiaomi cihazı əldə edəcək
    hyperos-20-i-100-den-cox-xiaomi-cihazi-elde-edecek