Hyundai Inster elektromobili təqdim edilib - QİYMƏTİ
Nəqliyyat
01.07.2024
Emil Nəcəfov
Cənubi Koreyanın avtomobil istehsalçısı olan Hyundai büdcəli elektromobillər bazarına daxil olur. Bu istiqamətdə şirkət Hyundai Inster adlı elektromobilini təqdim edib. Şirkətin bu elektromobili retro dizayna sahibdir və nisbətən az məsafədə yol qətt etmə imkanını təklif edir. Şirkət Hyundai Inster-i iki versiyada hazırlayır. Birinci versiya 42 kilovat-saat həcmli batareyaya sahibdir və o, bir dəfə şarj olunandan sonra 300 km yol qətt edə bilir.
İkinci versiya isə 49 kilovat-saat həcmli batareyaya sahibdir və o, bir dəfə şarj olunandan sonra 355 km yol qətt edə bilir. Birinci versiya 95 at gücündə olan elektrikli mühərriki, Long Range adlı ikinci versiya isə 113 at gücündə olan elektrikli mühərriki əldə edib. Hyundai Inster-in interyerində həm fiziki düyməli həm də sensorlu idarəetmə elementləri mövcuddur. Şirkət bildirib ki, elektromobilin salonunda 10.3 düym ölçülü məlumat paneli və eyni ölçüdə multimedia ekranı yerləşəcək. Məlumata əsasən Hyundai Inster-in qiyməti 26 000$-dan start götürəcək. Elektromobil ilk növbədə Cənubi Koreyada, daha sonra isə Avropada və digər regionlarda satışa çıxacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Hyundai-ın yeni şüşə örtüyü avtomobilin daxili temperaturunu 22 dərəcəyə qədər azaldacaq!
Hyundai-ın yeni şüşə örtüyü avtomobilin daxili temperaturunu 22 dərəcəyə qədər azaldacaq!
Hyundai tərəfindən hazırlanmış Nano Soyutma Şüşə Örtüyü ilə avtomobillərin daxili temperatur 22 dərəcəyə qədər endirilə bilər. Şirkət tezliklə kütləvi istehsalına başlanacaq şüşə örtüyünün inqilabi yenilik olduğunu bildirir.
Hyundai uçan taksi nəqliyyatının yeni versiyasını sərgiləyib
Hyundai uçan taksi nəqliyyatının yeni versiyasını sərgiləyib
Hyundai şirkəti CES 2024 sərgisində Supernal S-A2 adlı elektrikli hava taksi nəqliyyatının yeni versiyasını təqdim edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!