main-post-cover

    Xiaomi avtomobil istehsalı sürətində dünya rekorduna imza atıb

    Nəqliyyat
    16.11.2024
    Emil Nəcəfov
         Xiaomi şirkətinin CEO-su Lei Jun elan edib ki, şirkət avtomobil istehsalı sürəti mövzusunda rekorda imza atıb. Belə ki, şirkətin Xiaomi SU7 adlı elektromobili tarix ərzində ən sürətlə istehsal edilən avtomobil növü olub. “Xiaomi EV komandamızı təbrik edirəm. 100 000-ci Xiaomi SU7 istehsal edilib. Bizim ilk elektromobilimizin bu nəticəni əldə etməsi üçün cəmi 230 gün vaxt lazım olub” - deyə Lei Jun qeyd edib. Müqayisə üçün qeyd etmək lazımdır ki, Çinin XPeng adlı şirkəti öz 100 000-ci avtomobilini istehsal etmək üçün 2 il vaxt sərf edib. Tesla isə bunun üçün 6 il vaxt sərf edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qlobal bazarda Xiaomi Smart Band 9 Active qolbağı təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-xiaomi-smart-band-9-active-qolbagi-teqdim-edilib-qiymeti
    Redmi Turbo 4-ün mümkün təqdimat müddəti açıqlanıb
    redmi-turbo-4-un-mumkun-teqdimat-muddeti-aciqlanib
    Xiaomi 15 Ultra-nın arxa panelinin fotosu ortaya çıxıb
    xiaomi-15-ultra-nin-arxa-panelinin-fotosu-ortaya-cixib
    Xiaomi süni zəkaya sahib smart eynəyini satışa çıxartmağa hazırlaşır
    xiaomi-suni-zekaya-sahib-smart-eyneyini-satisa-cixartmaga-hazirlasir
    Redmi K80-nin daha bir real fotosu ortaya çıxıb
    redmi-k80-nin-daha-bir-real-fotosu-ortaya-cixib