Android-də bildirişləri bütün cihazlar arasında sinxronlaşdırmaq mümkün olacaq
Proqram Təminatı
19.09.2024
Emil Nəcəfov
İnsayderlər Android 15-in ikinci beta versiyasının kodunda bildirişlərin istifadəçi cihazlarında sinxronlaşdırılması funksiyasını aşkar ediblər. Sözügedən yeni funksiya əməliyyat sisteminin ikinci beta versiyasının kodunda belə qeyd edilib: <string name="sync_across_devices_title">Sync across devices</string>. Gözləntilərə əsasən bu yeni funksiya əməliyyat sisteminin ayarlarındakı bildirişlər bölməsində mövcud olacaq.
Güman olunur ki, istifadəçinin hər hansısa cihazına daxil olacaq bu və ya digər bildiriş bu yeni funksiya sayəsində onun digər cihazlarında da əks olunacaq. Təbii ki, bu o halda baş verəcək ki, istifadəçinin bütün cihazları vahid Google hesabına qoşulu olsunlar. Qeyd etmək lazımdır ki, buna bənzər funksiya Apple ekosistemində mövcuddur. Bu yeni funksiyanın bütün Android cihazlarda yoxsa yalnız Google Pixel smartfonlarında istifadəyə veriləcəyi bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Milyonlarla Android TV cihazında virus aşkar edilib!
Milyonlarla Android TV cihazında virus aşkar edilib!
Android TV istifadəçiləri üçün ciddi bir təhlükəsizlik təhdidi ortaya çıxıb. Antivirüs proqramı inkişaf etdiricilərinin hesabatına görə, "Android.Vo1d" adlı zərərli proqram sürətlə dünya üzrə yayılır.
Android planşetlər üçün yeni tətbiq pəncərələri funksiyası test edilir
Android planşetlər üçün yeni tətbiq pəncərələri funksiyası test edilir
Google şirkəti Android planşetlər üçün nəzərdə tutulmuş yeni funksiyanı test etməyə başlayıb.
iPhone 16-nın kamera düyməsi Android-lərə gəlir!
iPhone 16-nın kamera düyməsi Android-lərə gəlir!
Apple-ın iPhone 16 seriyası ilə fiziki kamera düyməsini geri qaytarması, Android markaları arasında da rezonans doğurub. Çindən gələn son hesabatlara görə, Nubia və OPPO kimi bəzi markalar, yeni flaqman modellərində oxşar xüsusiyyət təqdim edəcəklər.
Android 15-in stabil versiyasının nə zaman istifadəyə veriləcəyi məlum olub
Android 15-in stabil versiyasının nə zaman istifadəyə veriləcəyi məlum olub
Google şirkəti Android 15-in stabil versiyasının istifadəyə verilmə müddətini əməliyyat sisteminin beta versiyasını test edənlər üçün nəzərdə tutulmuş bildirişdə əks etdirib.
Android üçün olan yeni zərərli proqram təminatı bank kartları məlumatlarını oğurlayır
Android üçün olan yeni zərərli proqram təminatı bank kartları məlumatlarını oğurlayır
Kibertəhlükəsizlik üzrə mütəxəssislər Android istifadəçilərinə hədəflənmiş yeni zərərli proqram təminatını aşkar ediblər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ