main-post-cover

    DeepSeek tərtibatçılar üçün ucuz gecə tariflərini anons edib

    Proqram Təminatı
    26.02.2025
    Emil Nəcəfov
         İstənilən bulud sisteminə olan marağın sürətli artması infrastruktur üçün ciddi yük yaradır və Çinin DeepSeek şirkəti bu yükü daha balanslı idarə etmək üçün marketinq alətlərindən istifadə etməyə qərar verib. Çərşənbə günündən etibarən, Pekin vaxtı ilə 00:30-dan 08:30-a qədər DeepSeek V3 modelinə tərtibatçılar üçün giriş haqqı iki dəfə ucuz olacaq. DeepSeek çat-botunun əsasını təşkil edən R1 modeli göstərilən vaxt ərzində tərtibatçılar üçün API vasitəsilə 75% daha ucuz olacaq. Çində DeepSeek xidmətləri olduqca populyarlaşıb, hətta Tencent HoldingsPerplexity AI kimi süni zəka sahəsində rəqib şirkətlər arasında da geniş istifadə olunur.
         Dövlət qurumları da DeepSeek xidmətlərindən fəal şəkildə istifadə edirlər, çünki yerli qanunvericiliyə görə, Çin məmurlarına məlumatları ölkə xaricinə ötürmək qadağandır. Qeyd etmək yerinə düşər ki, İtaliya və Cənubi Koreya kimi bəzi ölkələr hökumət işçilərinə DeepSeek-dən istifadəni qadağan ediblər. DeepSeek müştəriləri əvvəlcədən xəbərdar edib ki, gündüz saatlarında xidmətlərinə girişdə çətinliklər yarana bilər. Gecə vaxtı qiymətlərin azalması isə sistemin yükünün daha balanslı paylanmasına kömək etməlidir. Pekin vaxtına uzaq zaman qurşaqlarında yaşayan beynəlxalq müştərilər üçün bu dəyişiklik Çin istifadəçilərindən daha faydalı ola bilər.
    Mənbə: Bloomberg
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    DeepSeek R2 süni zəka modelinin hazırlanması prosesini sürətləndirib
    deepseek-r2-suni-zeka-modelinin-hazirlanmasi-prosesini-suretlendirib
    DeepSeek-in istifadəçi məlumatlarını ByteDance şirkətinə ötürdüyü məlum olub
    deepseek-in-istifadeci-melumatlarini-bytedance-sirketine-oturduyu-melum-olub
    DeepSeek-in süni zəka modeli Xiaomi HyperOS-ə inteqrasiya ediləcək
    deepseek-in-suni-zeka-modeli-xiaomi-hyperos-e-inteqrasiya-edilecek
    Cənubi Koreyada DeepSeek hamı üçün qadağan edilib
    cenubi-koreyada-deepseek-hami-ucun-qadagan-edilib
    DeepSeek öz süni zəka çiplərini hazırlamağı planlaşdırır
    deepseek-oz-suni-zeka-ciplerini-hazirlamagi-planlasdirir