main-post-cover

    DeepSeek R2 süni zəka modelinin hazırlanması prosesini sürətləndirib

    Süni İntellekt
    25.02.2025
    Emil Nəcəfov
         Yanvar ayında Çinin süni zəka startapı DeepSeek qlobal səhm bazarında çaxnaşmaya səbəb oldu. Şirkət R1 adlı məntiqi düşünmə qabiliyyətinə malik süni zəka modelini təqdim etdi. Bu model, əhəmiyyətli dərəcədə daha aşağı büdcə ilə təlimatlandırılmasına baxmayaraq, bir çox rəqibini geridə qoydu. İndi isə şirkət onun varisi olacaq R2 modelinin buraxılışını sürətləndirməyə qərar verib. DeepSeek əvvəlcə R2-ni mayın əvvəlində təqdim etməyi planlaşdırırdı, lakin indi bu prosesi mümkün qədər erkən başa çatdırmağa çalışır.
         Reuters-in iki mənbəyə istinadən verdiyi məlumata görə, şirkət yeni modelin buraxılış tarixi ilə bağlı ətraflı məlumat paylaşmayıb. DeepSeek ümid edir ki, R2 modeli daha keyfiyyətli proqramlaşdırma kodu tərtib edə və yalnız ingilis dili ilə məhdudlaşmayaraq, digər dillərdə də məntiqli cavablar verə biləcək. DeepSeek-in rəqibləri hələ də R1 modelinin buraxılışının təsirlərindən qurtulmağa çalışır.
         Bu süni zəka modeli aşağı güclü NVIDIA sürətləndiricilərində öyrədilmişdi, lakin inanılmaz dərəcədə böyük büdcələrlə hazırlanmış ABŞ texnologiya nəhənglərinin modelləri ilə rəqabət apara bildi. R2-nin buraxılışı ABŞ hakimiyyətində də narahatlıq yaradacaq, çünki ABŞ süni zəka sahəsində liderliyi milli prioritet kimi müəyyən edib. Digər tərəfdən, Çin hökuməti və şirkətləri DeepSeek-in modellərini məhsullarına inteqrasiya etməyə daha da fəal şəkildə davam edirlər. Bu şirkətlər arasında Lenovo, Baidu Tencent də var.
    Mənbə: Reuters
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Sinqapur bankı minlərlə işçisini süni zəka ilə əvəz edəcək
    sinqapur-banki-minlerle-iscisini-suni-zeka-ile-evez-edecek
    Anthropic şirkəti Claude 3.7 Sonnet adlı ilk "hibrid məntiqi süni zəka modelini" təqdim edib
    anthropic-sirketi-claude-37-sonnet-adli-ilk-hibrid-mentiqi-suni-zeka-modelini-teqdim-edib
    Süni zəka bir damcı qan vasitəsilə müxtəlif xəstəlikləri təyin edə bilir
    suni-zeka-bir-damci-qan-vasitesile-muxtelif-xestelikleri-teyin-ede-bilir
    GPT-4.5 və GPT-5-in nə zaman istifadəyə veriləcəyi qeyri-rəsmi şəkildə açıqlanıb
    gpt-45-ve-gpt-5-in-ne-zaman-istifadeye-verileceyi-qeyri-resmi-sekilde-aciqlanib
    Bill Gates, süni zəka üzərində idarənin itirilməsi mövzusunda xəbərdarlıq edib
    bill-gates-suni-zeka-uzerinde-idarenin-itirilmesi-movzusunda-xeberdarliq-edib