iOS 18 təqdim edilib: Nə kimi yeniliklər var?
Proqram Təminatı
11.06.2024
Emil Nəcəfov
Dünən gecə tərtibatçılar üçün start götürmüş WWDC 2024 konfransı çərçivəsində Apple şirkəti iOS 18 əməliyyat sistemini təqdim etdi. iOS-in bu yeni versiyası yeni fərdiləşdirmə (customization) interfeysini, yaxşılaşdırılmış konfidensiallığı və bir sıra digər yenilikləri əldə edib. Daha öncə də gözlənildiyi kimi iOS 18-də tətbiq ikonları ilə vidjetlərin ekranda istənilən yerdə yerləşdirilməsi imkanı istifadəyə verilib. Bundan sonra əməliyyat sisteminin istifadəçi interfeysinin Dark Mode rejiminə keçidi zamanı tətbiq ikonları da qaralacaqlar. Üstəlik tətbiq ikonlarının rəngləri ekrana quraşdırılmış divar kağızının rəng çalarlarına uyğunlaşa bilirlər.
İstifadəçi istədiyi zaman tətbiq ikonları üçün fərdi rəng seçimlərini də edə bilər. iOS 18-ə yenidən emal edilmiş idarəetmə mərkəzi (control center) inteqrasiya edilib. Apple idarəetmə mərkəzinin dizaynını azca yeniləyib. İdarəetmə mərkəzində reallaşdırılmış əsas yenilik ondan ibarətdir ki, onda kənar tətbiqlərin funksiyaları mövcud olacaq. Bloklanmış ekranda isə sürətli keçid üçün nəzərdə tutulmuş iki düyməyə müxtəlif əməliyyatları təyin etmək mümkün olacaq. Söhbət, fənər və kamera düymələri üçün digər əməliyyatların təyin edilməsindən gedir.
Yeni əməliyyat sistemində konfidensiallıq səviyyəsinin yüksəldilməsi üçün Apple ona müxtəlif tətbiqlərə girişin bloklanması imkanını əlavə edib. Bu imkan vasitəsilə girişi bloklanmış tətbiqlərə daxil olmaq üçün Face ID, Touch ID və ya xüsusi şifrədən istifadə etmək lazım gələcək. Bundan əlavə olaraq girişi bloklanmış tətbiqlərdən gələ biləcək bildirişlər də bloklanacaq. Qeyd etmək lazımdır ki, keçən ilki iOS 17 çərçivəsində maraqlı bir funksiya istifadəyə verilmişdi. Söhbət, iki iPhone-nun bir-birinə toxunaraq öz aralarında kontaktların mübadiləsi imkanından gedir.
İndi isə iOS 18 çərçivəsində bu imkan vasitəsilə istifadəçilər bir-birilərinə pul vəsaitlərini göndərə biləcəklər. Apple iOS-dəki Photos tətbiqində miqyaslı redizaynı reallaşdırıb. Tətbiqdə yenilənmiş interfeys ilə yanaşı lazımi foto və videoların sürətli axtarışları üçün nəzərdə tutulmuş filtrlər istifadəyə veriləcək. Apple bildirib ki, iOS 18-dən başlayaraq iMessage-dəki mesajları və adi SMS-ləri peyk rabitəsi üzərindən göndərmək mümkün olacaq. iOS 18-in tərtibatçılar üçün nəzərdə tutulmuş beta versiyası artıq istifadəyə verilib. Yeni əməliyyat sisteminin stabil versiyası isə bu ilin ikinci yarısında istifadəyə verilməlidir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
iPhone 16-nın batareyası qeyri-adi qorunmaya sahib olacaq
iPhone 16-nın batareyası qeyri-adi qorunmaya sahib olacaq
İnternetdə maraqlı bir video ortaya çıxıb və ortaya çıxmış videonun müəllifinin sözlərinə əsasən videoda iPhone 16-nın batareyasının açılışı əks olunub.
iOS 18-də şifrələrin idarəsi tətbiqi istifadəyə veriləcək
iOS 18-də şifrələrin idarəsi tətbiqi istifadəyə veriləcək
Gələn həftə (10 iyun) Apple şirkətinin tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2024 konfransı start götürəcək.
Apple sensorlu ekrana sahib şarj keysli AirPods-u patentləşdirib
Apple sensorlu ekrana sahib şarj keysli AirPods-u patentləşdirib
Apple şirkəti bir neçə yeni patent sorğusunu qeydiyyatdan keçirib. Qeydiyyatdan keçmiş patent sorğuları AirPods qulaqlıqları üçün nəzərdə tutulmuş yenilikləri əks etdirirlər.
Apple, iPhone 15-in neçə il yeniləmə alacağını açıqlayıb!
Apple, iPhone 15-in neçə il yeniləmə alacağını açıqlayıb!
Apple, nəhayət iPhone 15 üçün yeniləmə dəstəyini nə qədər müddət təmin edəcəyini təsdiqləyib, lakin bu vaxt, Samsung və Google-un öz smartfonlarına təqdim etdiyi yeniləmə dəstəyindən azdır.
iPhone 16 Pro və iPhone 16 Pro Max-ın ölçüləri ilə çəkiləri açıqlanıb
iPhone 16 Pro və iPhone 16 Pro Max-ın ölçüləri ilə çəkiləri açıqlanıb
Ice Universe ləqəbli məşhur insayder bir neçə gün bundan öncə məlumat verdi ki, iPhone 16 Pro smartfonu bazarda ən nazik ekran ətrafı çərçivəni əldə edəcək. İndi isə insayder iPhone 16 Pro və iPhone 16 Pro Max-ın dəqiq ölçüləri və çəkiləri barəsində məlumatları təqdim edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!