main-post-cover

    Samsung Snapdragon prosessorlu smartfonlarında 8 illik Android dəstəyini reallaşdıra bilər

    Proqram Təminatı
    25.02.2025
    Emil Nəcəfov
         Samsung Android smartfon seqmentində proqram təminatına dəstək səviyyəsini daim yüksəldir. Şirkət Android əməliyyat sistemi üçün 4 əsas yeniləmə vəd edən ilk istehsalçı olub. Keçən il isə Galaxy S24 modelləri üçün 7 əsas Android yeniləməsi təqdim edəcəyini elan edərək bir addım da irəli gedib. Bununla yanaşı, Google Qualcomm istehsalçılara, o cümlədən Samsung-a, 8 il müddətində əsas Android və təhlükəsizlik yeniləmələri təqdim etmək imkanı verəcəklərini açıqlayıb.
         Qualcomm və Google, Android-in əsas yeniləmələrini böyük dəyişikliklər etmədən təqdim etməyə imkan verəcək nüvə yeniləmələri və əlavə proqram təminatı dəstəyi təmin edəcəklər. Qualcomm bu proqramın "Android Ümumi Nüvəsinin (ACK) iki yeniləməsini" nəzərdə tutduğunu izah edib. Bu, Android cihaz istehsalçılarının istədikləri halda, 8 il ərzində Android yeniləmələri təqdim edə bilməsi deməkdir. Bunun üçün prosessor istehsalçısının (Qualcomm) dəstəyi maneə yaratmayacaq.
         Lakin bu, bütün Android istehsalçılarının 8 illik yeniləmələr təqdim edəcəyi mənasını vermir. Xüsusilə büdcəli və orta seqment cihazlar üçün. Google və Qualcomm-un bu sahədəki tərəfdaşlığı Snapdragon 8 Elite prosessoru ilə başlayır. Bu prosessor artıq Galaxy S25 smartfon seriyasında istifadə olunur. Proqram Android 15 ilə satışa çıxacaq cihazlara dəstək verəcək. Samsung artıq 2024-cü ildən sonra çıxan bütün flaqman smartfonlarına 7 Android yeniləməsi təqdim edəcəyini elan edib.
    Mənbə: Sammobile
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung-un potensial smart eynəyi görmə qabiliyyətini düzəldə biləcək
    samsung-un-potensial-smart-eyneyi-gorme-qabiliyyetini-duzelde-bilecek
    Samsung Galaxy S25 Edge smartfonunun real gövdə qalınlığı sərgilənib
    samsung-galaxy-s25-edge-smartfonunun-real-govde-qalinligi-sergilenib
    Samsung Galaxy S25 Edge-in gövdəsinin hansı materialdan təşkil olunduğu açıqlanıb
    samsung-galaxy-s25-edge-in-govdesinin-hansi-materialdan-teskil-olundugu-aciqlanib
    Google hətta havada belə yazı yazmağa imkan verəcək stilusu patentləşdirib
    google-hetta-havada-bele-yazi-yazmaga-imkan-verecek-stilusu-patentlesdirib
    Google tibbi araşdırmaları sürətləndirən süni zəka sistemi yaradıb
    google-tibbi-arasdirmalari-suretlendiren-suni-zeka-sistemi-yaradib