main-post-cover

    Windows 10 istifadəçilər arasında Windows 11-dən daha məşhur olmaqda davam edir

    Proqram Təminatı
    02.04.2024
    Emil Nəcəfov
         Statcounter analitik saytı bu ilin mart ayı üzrə istifadəçi kompüterlərində Windows əməliyyat sisteminin müxtəlif versiyalarının nə dərəcədə məşhur olduqları statistikasını təqdim edib. Statistikadan məlum olub ki, Microsoft-un Windows 11-in istifadəçilər arasında daha geniş yayılması üzrə olan bütün səylərinə baxmayaraq mart ayında bu əməliyyat sistemi statistik göstərici mövzusunda Windows 10-dan olduqca geridə qalıb.
         Beləliklə statistikaya əsasən mart ayında Windows 11-in bazar payı 26.72% təşkil edib. Bu isə fevral ayındakı göstəricidən 1.46% daha azdır. Windows 10 isə əksinə fevral ayındakı göstəricidən 2% daha çox bazar payı yığıb. Nəticədə onun bazardakı payı 69.04% təşkil edib. Windows-un daha köhnə versiyaları vasitəsilə çalışan kompüterlərin sayı getdikcə azalmağa davam edir. Belə ki, mart ayında Windows 7-nin bazar payı 3.04%, Windows 8.1-in bazar payı 0.44%, Windows XP-nin bazar payı isə 0.39% təşkil edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Windows 11-in Start menyusunda interfeys dəyişikliyi gözlənilir
    windows-11-in-start-menyusunda-interfeys-deyisikliyi-gozlenilir
    Microsoft və OpenAI birgə 100 milyard dollar dəyərində superkompüter hazırlayacaqlar
    microsoft-openai-ile-birge-100-milyard-dollar-deyerinde
    Microsoft süni zəkaya həsr edilmiş tədbir keçirəcəyini elan edib
    microsoft-suni-zekaya-hesr-edilmis-tedbir-kecireceyini-elan-edib
    Windows 11 dəstəyini daha 40 ədəd Intel prosessoru əldə edib
    windows-11-desteyini-daha-40-eded-intel-prosessoru-elde-edib
    Microsoft Windows 11-də Android tətbiqlər ilə oyunların dəstəklərini dayandıracaq
    microsoft-windows-11-de-android-tetbiqler-ile-oyunlarin-desteklerini-dayandiracaq