Microsoft və OpenAI birgə 100 milyard dollar dəyərində superkompüter hazırlayacaqlar
Elm & Texnologiya
01.04.2024
Emil Nəcəfov
Microsoft və OpenAI şirkətləri öz aralarında olan sıx əməkdaşlığı davam etdirirlər. Yeni məlumata əsasən bu iki şirkət birgə səylər vasitəsilə süni zəkaya sahib Stargate adlı böyük superkompüteri hazırlamağı planlaşdırır. Stargate layihəsi ABŞ-da məlumatların emalı üçün nəzərdə tutulmuş ən böyük mərkəzin yaradılmasına hədəflənib. Bu cür mərkəz özündə milyonlarla süni zəka çipini birləşdirə bilər.
Bu mərkəz Microsoft və OpenAI şirkətlərinin növbəti 6 il ərzində birgə şəkildə yaratmağı planlaşdırdıqları 5 ədəd süni zəka mərkəzindən biri olacaq. Stargate 2028-ci ilə kimi işə düşməlidir. Məlumata əsasən sözügedən layihənin dəyəri 100 milyard dollar təşkil edir və bu məbləğin böyük hissəsi çox güman ki, məhz Microsoft tərəfindən təmin ediləcək. İki şirkət bu cür mərkəz üçün lazım olan mikrosxemlərin təchizatçısı qismində AMD və NVIDIA şirkətlərini nəzərdən keçirirlər. Bununla belə nəticədə Microsoft ilə OpenAI fərdi mikrosxemlərin istehsalı variantını da seçə bilərlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Microsoft süni zəkaya həsr edilmiş tədbir keçirəcəyini elan edib
Microsoft süni zəkaya həsr edilmiş tədbir keçirəcəyini elan edib
Microsoft şirkəti süni zəkaya həsr edilmiş tədbirin keçiriləcəyini elan edib.
ChatGPT gün ərzində yarım milyon kilovatt saat elektrik enerjisi sərf edir
ChatGPT gün ərzində yarım milyon kilovatt saat elektrik enerjisi sərf edir
The New Yorker saytının vermiş olduğu məlumata əsasən məşhur çat-bot olan ChatGPT gün ərzində 200 milyon sorğuya cavabın tərtib olunması üçün böyük miqdarda elektrik enerjisi sərf edir.
OpenAI şirkətinin video tərtibatı üçün olan Sora neyron şəbəkəsi bu il ərzində hamıya təqdim veriləcək
OpenAI şirkətinin video tərtibatı üçün olan Sora neyron şəbəkəsi bu il ərzində hamıya təqdim veriləcək
OpenAI şirkəti keçən ay Sora adlı neyron şəbəkəsini təqdim etdi. Bu neyron şəbəkə mətn formatında təsvirlər əsasında realistik videoların tərtibatı üçün nəzərdə tutulub.
Figure 01 adlı robot OpenAI vasitəsilə insanlarla ünsiyyət qurmağı öyrənib (VİDEO)
Figure 01 adlı robot OpenAI vasitəsilə insanlarla ünsiyyət qurmağı öyrənib (VİDEO)
ABŞ-ın robototexnika sahəsində fəaliyyət göstərən Figure adlı startapı insana bənzər robotların imkanlarının genişləndirilməsi mövzusunda OpenAI şirkəti ilə əməkdaşlığının ilk nəticələrini sərgiləyib.
Windows 11 dəstəyini daha 40 ədəd Intel prosessoru əldə edib
Windows 11 dəstəyini daha 40 ədəd Intel prosessoru əldə edib
Microsoft şirkəti Windows 11-i dəstəkləyən prosessorlar siyahısına 40 yeni prosessor modelini əlavə edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ