Windows 11-də kompüterin enerji təchizatı ilə bağlı yeni ayarlar istifadəyə veriləcək
Proqram Təminatı
20.08.2024
Emil Nəcəfov
Windows 11-in yeni test versiyasında maraqlı özəllik ortaya çıxıb. Söhbət, kompüterin elektrik təchizatı ilə bağlı ayarlardan gedir. Ortaya çıxmış bu ayarlar kompüterin müxtəlif çalışma ssenariləri çərçivəsində performans ilə enerji sərfiyyatı arasındakı tarazlığın təmin olunmasına istiqamətləniblər. Windows 11-in yeni test versiyasındakı ayarlarında olan Power & battery bölməsində cihazın müxtəlif vəziyyətləri üçün nəzərdə tutulmuş lazımi enerji təchizatı planlarının seçim bəndlərini görmək olar. Məsələn bu və ya digər noutbuk elektrik enerjisi mənbəyinə qoşulu olduğu halda yaxşı performans rejimində, öz enerjisini batareyadan əldə etdiyi halda isə yaxşı enerji effektivliyi rejimində çalışa bilər. Windows 11 üçün nəzərdə tutulmuş bu yenilik hələ test mərhələsindədir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Microsoft, dəstəklənməyən sistemlərdə Windows 11 quraşdırılmasını blok etməyə başlayıb!
Microsoft, dəstəklənməyən sistemlərdə Windows 11 quraşdırılmasını blok etməyə başlayıb!
Proqram təminatı nəhəngi Microsoft şirkəti, sistem tələblərinə cavab verməyən kompüterlərə Windows 11 sisteminin quraşdırılması üçün tədbir görüb.
Windows-un yenilənmələr mərkəzində 2 ciddi boşluq aşkar edilib
Windows-un yenilənmələr mərkəzində 2 ciddi boşluq aşkar edilib
SafeBreach şirkətinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən tədqiqatçısı Alon Levie, Windows-un yenilənmələr mərkəzində 2 yeni boşluğu aşkar edib.
Windows 11, bir istifadəçi tərəfindən 10 illik Intel Celeron prosessorlu noutbukda çalışdırıla bilib!
Windows 11, bir istifadəçi tərəfindən 10 illik Intel Celeron prosessorlu noutbukda çalışdırıla bilib!
Daha əvvəl Windows 11-in köhnə kompüterlərdə də sürətl şəkildə çalışdığı ortaya çıxmışdı. İndi isə Reddit-də bir istifadəçi, 10 yaşlı Intel Celeron prosessorlu noutbukunda Windows 11 quraşdırdığını və onun çox yaxşı işlədiyini bildirib.
Hakerlər Internet Explorer üzərindən kompüterlərə yeni növ kiberhücum reallaşdırırlar
Hakerlər Internet Explorer üzərindən kompüterlərə yeni növ kiberhücum reallaşdırırlar
Hakerlər Windows-da artıq köhnəlmiş və rəsmi şəkildə deaktiv edilmiş Internet Explorer brauzeri üzərindən kiberhücuların reallaşdırılmasına hədəflənmiş yeni boşluğu aşkar ediblər.
Windows 11 artıq bütün kompüterlərin 30%-nə quraşdırılıb
Windows 11 artıq bütün kompüterlərin 30%-nə quraşdırılıb
Statcounter analitik şirkətinin mütəxəssisləri əməliyyat sistemləri bazarını əhatə edən yeni hesabatı təqdim ediblər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ