İstifadəçilər kütləvi şəkildə reklam bloklayıcılarından imtina etməyə başlayıblar
Servislər
07.11.2023
Emil Nəcəfov
Reklam bloklayıcılarının tərtibatçıları heç də ürək açmayan statistikanı təqdim ediblər. Təqdim edilmiş statistikaya əsasən oktyabr ayında reklam bloklayıcılarının istifadəsindən imtina etmiş istifadəçilərin sayı kəskin şəkildə artıb. Bunun əsas səbəbini axtarmaq elə də çox vaxt almayıb. Belə ki, əsas səbəb Google və Youtube-dadır. Hələ keçən həftə məlum oldu ki, reklam bloklayıcılarından istifadə edənlərdə Youtube videolarının izlənməsi imkanının deaktiv edilməsi artıq kütləvi hal almağa başlayıb. Yəni Google şirkətinin bu praktikası artıq müxtəlif regionlarda tətbiq edilir. Görünür, şirkətin bu praktikası öz bəhrəsini verir.
Belə ki, Ghostery adlı reklam bloklayıcısının tərtibatçıları bildiriblər ki, son 1 ay ərzində istifadəçilər sözügedən reklam bloklayıcısını öz cihazlarından 3-5 dəfə daha mütəmadi şəkildə silməyə başlayıblar. Bununla belə bunu etmiş istifadəçilərin 90%-i bildirib ki, onlar bunu Youtube-da yenidən video izləmə imkanını aktivləşdirmək səbəbilə ediblər. Buna bənzər statistikaları AdGuard və AdLock adlı reklam bloklayıcılarının tərtibatçıları da təqdim ediblər. Tərtibatçıların sözlərinə əsasən Youtube tərəfindən olan bu cür "repressiya" istifadəçilərə daha çox reklam elanlarının sərgilənməsi kampaniyasının vaxtı ilə üst-üstə düşüb. Analitiklərin fikirlərinə əsasən nəticə olaraq Google keçən ilin bu vaxtı ilə müqayisədə sözügedən istiqamətdə satışlarını 5% yüksəldib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google şirkətinə ən çox gəliri gətirən axtarış sorğuları hansılardır?
Google şirkətinə ən çox gəliri gətirən axtarış sorğuları hansılardır?
ABŞ Ədliyyə Nazirliyi ilə Google arasında davam edən məhkəmə prosesi çərçivəsində ortaya maraqlı məlumatlar çıxıb.
Google Chrome brauzerinin 100 milyonlarla Android smartfonda dəstəyi dayandırılıb
Google Chrome brauzerinin 100 milyonlarla Android smartfonda dəstəyi dayandırılıb
Təkcə kənar tərtibatçılar deyil, həmçinin Google şirkəti də zaman-zaman müəyyən Android versiyalarında öz tətbiqlərinin dəstəklərini dayandırır.
Youtube adblock istifadəçilərinin hamısında video izləmə imkanını deaktiv etməyə başlayıb
Youtube adblock istifadəçilərinin hamısında video izləmə imkanını deaktiv etməyə başlayıb
Görünür, Youtube videoservisinin reklam bloklayıcılarından istifadə edənlər üçün video izləmə imkanının bloklanması praktikası artıq qlobal xarakter daşımağa başlayıb.
Google Search və Google Lens həndəsə və triqonometriya tapşırıqlarının yerinə yetirilməsində yardımçı olacaqlar
Google Search və Google Lens həndəsə və triqonometriya tapşırıqlarının yerinə yetirilməsində yardımçı olacaqlar
Google şirkəti özünün Google Search və Google Lens servislərinə riyaziyyat və təbiət elmləri ilə bağlı tapşırıqların yerinə yetirilməsi funksiyasını əlavə edib.
Chrome brauzerində faydalı süni zəka funksiyası istifadəyə veriləcək
Chrome brauzerində faydalı süni zəka funksiyası istifadəyə veriləcək
Chrome brauzerinin test versiyasında Compose AI adlı yeni maraqlı funksiya aşkar edilib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!