Instagram-da sirli Stories-lərin yaradılması funksiyası istifadəyə verilib
Sosial Media
06.05.2024
Farid Pardashunas
Instagram-a bir sıra yeni funksiyalar əlavə edilib. Əlavə edilmiş yeni funksiyalar istifadəçilərə kontentlərin paylaşılması mövzusunda daha çox yaradıcı imkanlar təklif etməyə və onların digər istifadəçilər ilə daha aktiv şəkildə qarşılıqlı əlaqədə olmalarını təmin etməyə hədəflənib. Beləliklə istifadəyə verilmiş yeni funksiyalardan biri Reveal adlanır və o, Stories paylaşımları üçün nəzərdə tutulub. Bu funksiya bulanıq şəkildə Stories paylaşımlarının yaradılması imkanını verir. Bu, bir növ sirli Stories-in paylaşılması deməkdir. Funksiyadan istifadə etmək üçün Stories paylaşım interfeysindəki stikerlər ikonuna klikləyib Reveal bəndini seçmək lazımdır. Bu bəndi seçəndən sonra sirli Stories paylaşımının yaradılması prosesinə start veriləcək.
Bu cür Stories paylaşımını hazırlayan zaman istifadəçiyə həmçinin mətn formatında ipucunun daxil edilməsi təklifi də ediləcək. Mətn formatında ipucu sayəsində istifadəçi öz Stories paylaşımında nə cür kontentin əks olunduğu ilə bağlı kiçik təsviri qeyd edə bilər. Sözügedən Stories paylaşıldıqdan sonra o, digər istifadəçilərə bulanıq şəkildə əks olunacaq. Lakin istifadəçi paylaşımın bulanıq deyil, normal şəkildə əks olunmasını istəsə, bu halda paylaşımı etmiş şəxsə mesaj göndərməli olacaq. Məlumatda qeyd edilib ki, sirli Stories paylaşımını etmiş istifadəçi paylaşımı adi şəkildə görmək istəyən hər bir istifadəçinin mesaj sorğusunu təsdiqləmək məcburiyyətində qalmayacaq. Buna görə də istifadəçi müəyyən anda çoxlu sayda mesaja baxmaq məcburiyyəti ilə bağlı narahat olmaya bilər.
Stories paylaşımına baxmaq istəyən şəxs sadəcə mesaj göndərəcək və paylaşım ona standart şəkildə görünəcək. İstifadəçilər bu cür Stories-lər sayəsində öz kontentlərinə daha çox diqqəti cəlb edə bilərlər. İstifadəyə verilmiş digər bir maraqlı funksiya isə Frames adlanır. Bu funksiya istifadəçilərə Stories-ə Polaroid tərzində fotoların əlavə edilməsi imkanını verir. Bu tərzdə paylaşılmış foto istifadəçilərə ilk başda görünməyəcək. Frames funksiyası vasitəsilə paylaşılmış fotonu görmək üçün istifadəçi sadəcə olaraq smartfonu silkələməli olacaq. Smartfonu silkələmək istəməyən istifadəçilər isə sadəcə müvafiq düyməyə klikləyə bilərlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Meta şirkəti Instagram-da çat-botların hazırlanması funksiyası üzərində çalışır
Meta şirkəti Instagram-da çat-botların hazırlanması funksiyası üzərində çalışır
Meta şirkəti istifadəçilərə Instagram daxilində öz çat-botlarını yaratmağa imkan verəcək yeni funksiya üzərində çalışır.
TikTok, Instagram analoqunu hazırladığını təsdiqləyib
TikTok, Instagram analoqunu hazırladığını təsdiqləyib
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxdı ki, TikTok fotoların mübadiləsi üçün nəzərdə tutulmuş TikTok Notes adlı tətbiqini istifadəyə verməyə hazırlaşır.
Instagram-da süni zəka əsaslı çat-botun testinə start verilib
Instagram-da süni zəka əsaslı çat-botun testinə start verilib
Meta şirkəti süni zəka sahəsindəki texnologiyalarını tədricən öz sosial platformalarına inteqrasiya edir.
Instagram yeniyetmələri intim mövzuda maliyyə dələduzluqlarından qoruyacaq
Instagram yeniyetmələri intim mövzuda maliyyə dələduzluqlarından qoruyacaq
Meta şirkəti yaxın zamanda Instagram-da yeni təhlükəsizlik funksiyasını işə salacaq. İşə düşəcək yeni təhlükəsizlik funksiyası Instagram-da yeniyetmələrin seksual kotentlər əsasında maliyyə dələduzluqlarından qorunmasına hədəflənəcək.
Instagram reklam biznesində YouTube-dan daha çox gəlir əldə edir
Instagram reklam biznesində YouTube-dan daha çox gəlir əldə edir
Meta şirkəti ABŞ Federal Ticarət Komissiyasının (FTC) şirkətə qarşı olan antimonopoliya məhkəmə iddiasının ləğv edilməsi istiqamətində bu həftə federal məhkəməyə xahiş sorğusu göndərib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ