Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)
Sosial Media
17.04.2024
Farid Pardashunas
Telegram-ın yaradıcısı Pavel Durov amerikalı jurnalist Tucker Carlson-a geniş müsahibə verib. Müsahibə çərçivəsində o, Telegram barəsində maraqlı faktları açıqlayıb. O cümlədən Durov hüquq-mühafizə orqanları tərəfindən olan yüksək maraq və Apple ilə Google tərəfindən olmuş senzuradan danışıb. Onun sözlərinə əsasən 2025-ci ildə Telegram-ın istifadəçi kütləsi 1 milyardı keçəcək. Telegram bütün dünyadakı məşhurluğunu öz sürəti, təhlükəsizliyi və geniş imkanları hesabına qazanıb. Durov-un fikrincə əksər insanlar Telegram-la tanış olduqdan sonra digər messencerlərə geri qayıtmaq istəmirlər və nəticədə onlar Telegram-ı öz dostlarına məsləhət görürlər. Telegram-ın baş ofisi Dubayda yerləşir. Belə ki, BƏƏ-də (Birləşmiş Ərəb Əmirlikləri) layihəyə heç bir təzyiq yoxdur və biznes ilə vergi mövzuları olduqca sadədir. Durov bildirib ki, o öz biznesini ABŞ-da inkişaf etdirməkdən imtina edib.
Belə ki, zamanında o, Twitter-in ofisinə baş çəkdikdən sonra bilinməyən şəxslər tərəfindən hücuma məruz qalıb. Hücum zamanı bilinməyən şəxslər Durov-un mobil cihazını əldə etməyə çalışıblar. Lakin bunu etmək alınmayıb. Üstəlik Durov əlavə edib ki, FBI və ABŞ-ın digər hüquq-mühafizə orqanları Telegram-a həddindən artıq maraq göstəriblər. Onun sözlərinə əsasən ABŞ-ın hüquq-mühafizə orqanları Telegram-ın mühəndislərindən birini öz tərəflərinə çəkmək və messencer barəsində gizli məlumatları əldə etmək istəyibmişlər. Durov-un fikrincə bu üsulla onlar Telegram-a girişi əldə edib istifadəçiləri izləyə bilərdilər. Durov-un ABŞ təcrübəsi təkcə hüquq-mühafizə orqanları ilə bitmir. Belə ki, digər böyük təzyiq Apple ilə Google tərəfindən istiqamətlənib. Durov bildirib ki, bu iki şirkət smartfonda əldə olunması mümkün olan istənilən kontentə senzura tətbiq etmək imkanına sahibdir.
Bu iki şirkət Durov-a açıq aydın bildirib ki, əgər Telegram administrasiyası bütün tələblərə riayət etməsə, messencer onların online mağazalarından silinəcək. Lakin Durov-un fikrincə əsas problem tələblərdə deyil, onların hansı mənada təqdim edilmələrində və onlardan neçə istifadə edilməsindədir. Üstəlik Durov Telegram-ın Rusiya hökumətinin idarəsi altında olması ilə bağlı fikirə də aydınlıq gətirib. Onun sözlərinə əsasən bu fikiri messencerin necə yarandığı mövzusunda məhdud təsəvvürlərə sahib insanlar yayırlar. Durov qeyd edib ki, Telegram-da hal-hazırda 30 nəfər mühəndis çalışır və o, həmin mühəndislər ilə bilavasitə sıx əlaqədədir. Telegram HR və PR şöbəsinə sahib deyil. Telegram-ın baş layihə meneceri qismində isə Durov özü çıxış edir. Durov həmçinin bildirib ki, Telegram-da hər gün 2.5 milyon yeni istifadəçi qeydiyyatdan keçir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Telegram-da adi istifadəçilər üçün faylların yüklənməsi sürətində məhdudiyyət tətbiq edilə bilər
Telegram-da adi istifadəçilər üçün faylların yüklənməsi sürətində məhdudiyyət tətbiq edilə bilər
Mütəxəssislər Telegram-ın açıq mənbə kodunun fraqmentlərini analiz edərək aşkar ediblər ki, messencerin Premium abunəliyinə sahib olmayan adi istifadəçiləri üçün bir mövzuda məhdudiyyət tətbiq ediləcək.
Telegram-ın bazar dəyəri nə qədər təşkil edir?
Telegram-ın bazar dəyəri nə qədər təşkil edir?
Pavel Durov yeni müsahibələrinin birində Telegram-ın nailiyyətlərindən danışıb.
Gələn aydan Telegram öz reklam gəlirlərini kanalların sahibləri ilə bölüşməyə başlayacaq
Gələn aydan Telegram öz reklam gəlirlərini kanalların sahibləri ilə bölüşməyə başlayacaq
Pavel Durov elan edib ki, artıq gələn aydan başlayaraq Telegram-dakı kanalların sahibləri öz fəaliyyətləri müqabilində pul mükafatı əldə edə biləcəklər.
Telegram mesajların göndərilməsi ilə bağlı yeni funksiyalar əldə edib
Telegram mesajların göndərilməsi ilə bağlı yeni funksiyalar əldə edib
Telegram tərtibatçıları messencer üçün növbəti yenilənməni istifadəyə veriblər. 10.6 nömrəli yenilənmə çərçivəsində messencer bir sıra faydalı funksiyanı əldə edib.
Telegram üçün Yeni il öncəsi böyük yenilənmə istifadəyə verilib
Telegram üçün Yeni il öncəsi böyük yenilənmə istifadəyə verilib
Telegram tərtibatçıları messencer üçün Yeni il öncəsi böyük yenilənməni istifadəyə veriblər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!