YouTube, silahlı videolara "18 yaş məhdudiyyəti" qoyur!
Sosial Media
06.06.2024
Farid Pardashunas
YouTube, silahla bağlı bəzi videoları məhdudlaşdırmaq üçün odlu silah siyasətini yeniləyib. Artıq silah aksesuarları olan videolar üçün 18 yaş və üzəri yaş məhdudiyyəti olacaq.
Dəyişikliklər, silah təhlükəsizliyi tərəfdarlarının, YouTube-u silah videolarının saytın ən gənc istifadəçilərinə çatmaması, uşaqları zədələməməsi və ya onları ekstremizm və zorakılıq yoluna aparmaması üçün tədbirlər görməyə çağırdıqdan sonra edilib. Odlu silahlarla bağlı siyasət, 2024-cü il iyunun 18-də qüvvəyə minəcək. Tech Transparency Project-in direktoru Katie Paul, dəyişikliyin düzgün istiqamətdə atılmış addım olduğunu bildirib. Bununla belə, YouTube-un yeni siyasəti dərc etməsinin niyə bu qədər uzun çəkməsi və daha da əhəmiyyətlisi, yeni qaydanın effektiv şəkildə tətbiq edilib-edilməyəcəyi böyük sual işarəsidir. Çünki zorakılıq və ya qanlı məzmunla bağlı YouTube-un öz siyasətini pozan videolara rast gəlmək mümkündür.
YouTube bildirir ki, siyasət dəyişiklikləri son illərdə daha çox yayılmış 3D çap ilə hazırlanan silahlar kimi yeni inkişafları əks etdirmək üçün nəzərdə tutulub. YouTube, 17 yaşından kiçik istifadəçilərdən videolara baxmağa başlamazdan əvvəl valideynlərindən icazə almağı tələb etsə də, 13 yaşından kiçik istifadəçilərin hesabları valideynin hesabına bağlanır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Youtube, öz oyun xidmətini bütün istifadəçiləri üçün açıq elan edib!
Youtube, öz oyun xidmətini bütün istifadəçiləri üçün açıq elan edib!
YouTube, keçən il təqdim etdiyi və Premium abunəçilərin mini oyunları oynaya biləcəyi "Playables" xidmətini bütün istifadəçilərin istifadəsinə verib.
YouTube reklam bloklayıcıları ilə yeni mübarizə üsuluna əl atıb
YouTube reklam bloklayıcıları ilə yeni mübarizə üsuluna əl atıb
Reklam bloklayıcılarından istifadə edən YouTube istifadəçiləri aşkar ediblər ki, məşhur video platformadan reklam bloklayıcısının aktiv olduğu halda istifadəsi zamanı videolar avtomatik olaraq sonlanırlar.
YouTube-nin yeni dizaynı istifadəçi reaksiyalarına görə geri çəkilib!
YouTube-nin yeni dizaynı istifadəçi reaksiyalarına görə geri çəkilib!
YouTube, 2024-cü ilin aprelində təqdim edilən yeni veb-sayt dizaynı testini istifadəçilərdən gələn sıx reaksiyalara görə dayandırıb.
MrBeast-in "Tərk edilmiş bir şəhərdə 7 gün sağ qaldım" videosu saxta çıxdı!
MrBeast-in "Tərk edilmiş bir şəhərdə 7 gün sağ qaldım" videosu saxta çıxdı!
MrBeast tərəfindən həm YouTube, həm də X-də yayımlanan "Tərk edilmiş bir şəhərdə 7 gün sağ qaldım" adlı videonun uydurma olduğu üzə çıxıb. Videoda gördüyümüz yer isə əslində Xorvatiyada turistlərin və yerli əhalinin tez-tez ziyarət etdiyi sahil ərazisidir.
Google, ReVanced kimi reklamsız YouTube videolarını izləməyə imkan verən tətbiqləri blok etməyə başlayıb!
Google, ReVanced kimi reklamsız YouTube videolarını izləməyə imkan verən tətbiqləri blok etməyə başlayıb!
Dünyanın ən məşhur onlayn video platforması olan YouTube bir müddətdir ki, reklam bloklayıcılara qarşı mübarizə aparır. Platforma artıq bir neçə müddətdir ki, bir çox ölkədə reklam bloklayıcı plaginləri əngəlləyir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!