96% doğruluq payı ilə xərçəng xəstələyini aşkarlaya bilən süni intellekt hazırlanıb!
Süni İntellekt
21.10.2024
Farid Pardashunas
Süni intellekt inkişaf etdikdə həyatımıza müxtəlif faydaları da toxunmağa davam edir. İndi isə Harvard Universitetində çalışan alimlər, dünya tarixini dəyişdirə biləcək bir model üzərində işləyirlər.
CHIEF adlanan bu yeni süni intellekt modelinin ən diqqətçəkən xüsusiyyətlərindən biri xərçəngin diaqnostikasında göstərdiyi qeyri-adi uğurudur. Araşdırma qrupunun Nature jurnalında dərc olunan tədqiqatına görə, model 19 fərqli xərçəng növündə sınaqdan keçirilib və 96%-ə qədər dəqiqlik nisbətinə nail olub. Harvard Tibb Məktəbindən Dr. Kun-Hsing Yu-nun rəhbərlik etdiyi komanda, ChatGPT-yə bənzər bu sistemin yalnız diaqnostika ilə məhdudlaşmadığını, eyni zamanda xəstələrin həyat müddətini proqnozlaşdırdığını və müalicəyə necə cavab verəcəklərini təxmin edə bildiyini qeyd edir. CHIEF, şiş toxumasının rəqəmsal görüntülərini analiz edərək xərçəng hüceyrələrini müəyyənləşdirir və mövcud süni intellekt sistemlərindən daha əhatəli bir analiz təqdim edir.
Modelin ən diqqətçəkən tərəflərindən biri şişin genetik quruluşunu təxmin edə bilmə qabiliyyətidir. Adətən həftələrlə davam edən və bahalı olan DNT ardıcıllığını müəyyənləşdirmə proseslərinə alternativ olaraq CHIEF, mikroskopik görüntülərdən genetik dəyişiklikləri sürətlə aşkarlaya bilir. Bu xüsusiyyət, xüsusən genetik analiz imkanlarının məhdud olduğu bölgələrdə həyati əhəmiyyət daşıya bilər.
Sistem 24 fərqli xəstəxanadan toplanmış təxminən 20 mindən çox görüntü üzərində sınaqdan keçirilib. CHIEF yalnız xərçəngin aşkar edilməsində deyil, həm də şişin mənşəyini təyin etmək və müalicəyə cavab verən genləri müəyyənləşdirməkdə yüksək uğur əldə edib. Xüsusilə bəzi xərçəng növlərində, məsələn, qalxanabənzər vəzi xərçəngindəki BRAF gen mutasiyasını 89%, baş və boyun xərçənglərində isə NTRK1 gen mutasiyasını 91% dəqiqliklə müəyyən edə bilib. Bu inkişaf, xüsusən də standart müalicələrə cavab verməmək riski olan xəstələrin erkən mərhələdə müəyyən edilməsində kritik bir rol oynaya bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Robot tərəfindən hazırlanmış rəsm hərraca çıxarılacaq
Robot tərəfindən hazırlanmış rəsm hərraca çıxarılacaq
Sotheby’s adlı hərrac evi 31 oktyabr tarixində Digital Art Day Auction adlı online hərracı təşkil edəcək. Baş tutacaq bu online hərrac rəqəmsal incəsənətə həsr edilib.
ChatGPT-də bütün məhdudiyyətləri aradan qaldıran "prompt" kəşf edilib!
ChatGPT-də bütün məhdudiyyətləri aradan qaldıran "prompt" kəşf edilib!
Texnologiya dünyasının simvolik fiquru olan OpenAI-nın söhbət robotu ChatGPT-də istifadə etdiyi süni intellekt modeli GPT-4 üçün bütün məhdudiyyətləri aradan qaldıran yeni bir "prompt" kəşf edilib.
Tarixdə ilk dəfə bir universitet "ev tapşırıqlarını süni intellektlə edən tələbəyə" az bal verdiyinə görə, məhkəməlik olub!
Tarixdə ilk dəfə bir universitet "ev tapşırıqlarını süni intellektlə edən tələbəyə" az bal verdiyinə görə, məhkəməlik olub!
Süni intellekt həyatımızın hər sahəsinə nüfuz etdikcə hüquqi prosesləri də qaçılmaz olur. Bu dəfə isə bir ailə ev tapşırığına görə, universiteti məhkəməyə verib.
Mühəndis kimi düşünə bilən süni intellekt hazırlanıb!
Mühəndis kimi düşünə bilən süni intellekt hazırlanıb!
Leap 71 adlı bir şirkət tərəfindən hazırlanan Noyron adlı süni intellekt mühəndislik dünyasında inqilab yaradır. Bu süni intellekt, mühəndis kimi düşünə bilir.
Microsoft Copilot-un tibbi məsləhətləri ölümə səbəb ola bilərlər
Microsoft Copilot-un tibbi məsləhətləri ölümə səbəb ola bilərlər
Heç kim üçün sirr deyil ki, Microsoft-un Copilot adlı rəqəmsal köməkçisi kimi süni zəka əsasında çalışan müasir çat-botların məsləhətlərinə tam şəkildə güvənmək lazım deyil.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ