Analitiklər: Süni zəka layihələrinin 30%-i bağlanacaq
Süni İntellekt
31.07.2024
Emil Nəcəfov
Gartner şirkətinin analitikləri yaxın 1 il üçün generativ süni zəkanın inkişaf tempini analiz edərək belə qənaətə gəliblər ki, 2025-ci ilin sonuna kimi bu istiqamətdəki layihələrin 30%-i bağlanacaq. Bunun əsas səbəbləri arasında aşağı keyfiyyətə sahib məlumatlar, risklərin qeyri-adekvat idarəsi, artan xərclər və biznes üçün anlaşılmaz dəyər var. Bu cür layihələrə misal olaraq kodlaşdırma üzrə rəqəmsal köməkçilər, Retrieval-Augmented Generation texnologiyası vasitəsilə sənədlərin axtarış sistemləri, virtual köməkçilər, tibb, sığorta və maliyyə xidmətləri sahələrindəki tətbiqlər gətirilib.
Məsələn kodlaşdırma üzrə rəqəmsal köməkçilər olduqca effektiv sistemlər hesab edilir. Bu cür sistemlər ilkin mərhələlərdə şirkətdən 100 000-200 000$ xərc tələb edir. İstifadəçilərin bu cür sistemlər üçün illik xərcləri isə 280-550$ təşkil edir. Lakin sistemin tərkib hissəsini təşkil edən böyük dil modelinin (LLM) sıfırdan hazırlandığı halda xərclər olduqca yüksəlir. Məsələn sığorta və maliyyə xidmətləri üçün nəzərdə tutulmuş LLM-in sıfırdan yığılması 8 milyon dollardan 20 milyon dollara başa gələ bilər.
Bununla belə ilkin mərhələlərdə əlavə 11 000$-dan 21 000$-a kimi xərclər də olacaq. Gartner şirkəti bildirib ki, keçən il generativ süni zəka ətrafında olmuş səs-küydən sonra şirkət rəhbərləri bu sahəyə yatırılmış investisiyaların bəhrəsini səbrsizliklə gözləyirlər. Lakin LLM-in hazırlanmasına və işə salınmasına sərf edilən vəsaitlər getdikcə artır. Bu məsələdə generativ süni zəka üçün universal həll yoxdur və digər texnologiyalardan fərqli olaraq bu sahədə xərcləri o qədər də yaxşı proqnozlaşdırmaq olmur. Buna görə də şirkətlərin əksəriyyəti generativ süni zəka əsaslı tətbiqlərdən imtina edə bilərlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süni zəka HDMI naqilin şüalanması vasitəsilə monitor ekranından məlumatları oğurlamağı öyrənib
Süni zəka HDMI naqilin şüalanması vasitəsilə monitor ekranından məlumatları oğurlamağı öyrənib
Aparılmış yeni tədqiqat onu göstərib ki, hakerlər süni zəkadan istifadə edərək kompüter və monitoru bir-birinə birləşdirən naqildən yayılan elektromaqnit şüalanmasını deşifrələyə və beləliklə monitorda əks olunan məlumatları oğurlaya bilərlər.
10 sualdan ibarət ekspert testi: Hansı foto realdır və hansı süni intellekt tərəfində yaradılıb?
10 sualdan ibarət ekspert testi: Hansı foto realdır və hansı süni intellekt tərəfində yaradılıb?
Rəqəmsal dövrün sürətlə inkişaf edən texnologiyaları arasında süni intellekt (AI) tərəfindən yaradılan fotoşəkillər getdikcə daha xüsusi olur. Bu, real və süni intellekt tərəfindən yaradılan şəkillər arasındakı fərqi ayırd etməyi getdikcə çətinləşdirir. Bu kontekstdə Reddit istifadəçisi Darien-B tərəfindən hazırlanmış maraqlı testlə özünüzü sınaya bilərsiniz.
4D formatlı videoların tərtibatı üçün Stable Video 4D adlı süni zəka modeli təqdim edilib
4D formatlı videoların tərtibatı üçün Stable Video 4D adlı süni zəka modeli təqdim edilib
Generativ süni zəka sistemlərinin məşhurluqları fonunda videoların tərtibatı üçün nəzərdə tutulmuş artıq çoxlu sayda süni zəka sistemi mövcuddur.
Google bir foto əsasında video tərtib edə bilən süni zəka modelini sərgiləyib
Google bir foto əsasında video tərtib edə bilən süni zəka modelini sərgiləyib
Google tərtibatçıları şirkətin VLOGGER adlı yeni süni zəka modeli barəsində məlumatlar veriblər.
Meta açıq mənbəli koda sahib ən böyük süni zəka modelini təqdim edib
Meta açıq mənbəli koda sahib ən böyük süni zəka modelini təqdim edib
Meta şirkəti hal-hazırda açıq mənbəli koda sahib ən böyük süni zəka modelini təqdim edib. Söhbət, Llama 3.1-dən gedir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ