Bitkilər daha öncə düşünüldüyündən daha çox CO2 uda bilirlər
Süni İntellekt
23.11.2023
Emil Nəcəfov
Aparılmış daha realistik ekoloji modelləşdirmə onu göstərib ki, bitkilər daha öncə proqnozlaşdırılandan daha çox CO2 qazı uda bilirlər. Lakin ekoloqların sözlərinə əsasən bu o demək deyil ki, dövlətlər CO2 tullantıları miqdarının azaldılmasına daha az diqqət ayırmalıdırlar. Daha çox sayda ağacın əkilməsi və mövcud bitkilərin qorunması problemin həll yolu deyil. Lakin aparılmış tədqiqatlara əsasən bu cür tədbirlər Yer kürəsi ekosisteminin qorunub saxlanmasında vacib rol oynayırlar. Fotosintez prosesi zamanı bitkilər CO2 qazını şəkərə çevirərək onu böyümək və maddələr mübadiləsi üçün istifadə edirlər.
Bu, atmosferdəki karbon qazı miqdarının aşağı salınmasının və iqlim dəyişiklikləri nəticələrinin daha yumşaldılmasının təbii prosesidir. Son onilliklər ərzində quruda böyük miqdarda karbon qazının saxlanması səbəbi kimi məhz bitkilərin daha çox CO2 udmaları gətirilir. Lakin iqlim dəyişikliyi bu prosesə təsir göstərə bilər. Bitkilərin hal hazırda bizim müşahidə etdiyimiz vəziyyətdən daha fərqli olacaq CO2 konsentrasiyasına, temperatura və yağış sayına necə reaksiya verəcəkləri aydın deyildi. Güclü quraqlıqlar və isti temperatur şəraiti yerüstü ekosistemlərin karbon qazını udmaq bacarıqlarını zəiflədə bilər.
Dublin Triniti Kollecinin aparmış olduğu yeni tədqiqat çərçivəsində alimlər iqlim dəyişikliyinin 21-ci əsrin sonuna kimi bitkilərin karbon qazını udma bacarıqlarına təsirini qiymətləndirən modelləşdirmənin nəticələrini təqdim ediblər. Aparılmış tədqiqatda bitkilərin müxtəlif fizioloji proseslərini nəzərə almış müxtəlif modelləşdirmə versiyalarından istifadə edilib. Sadə modelləşdirmə versiyasının fotosintezin bəzi vacib mexanizmlər`ini nəzərə almadığı halda daha qəliz modelləşdirmə versiyası bütün mexanizmləri nəzərə alıb. Tədqiqatlarda həmçinin CO2 qazının yarpağın daxili hissəsindəki yayılma effektivliyi, bitkinin temperatur dəyişikliyinə adaptasiyası və qidalandırıcı maddələrin bitki kronunda (bitkinin yuxarı hissəsindəki budaq və yarpaq toplusu) qənaətli şəkildə paylanması kimi faktorlar da nəzərə alınıb.
Bu mexanizmlər bitkilərin CO2 dövrünü tənzimləmə bacarıqlarına təsir göstərirlər. Lakin sözügedən mexanizmlər qlobal modelləşdirmələrdə çox zaman nəzərə alınmır. Məlum olub ki, bitkilərin daha çox fizioloji proseslərini nəzərə alan qəliz modelləşdirmə versiyaları bütün dünya üzrə bitkilərin daha çox karbon qazı udma potensialını proqnozlaşdırırlar. Modelləşdirməyə əsasən bitkilərin fizioloji prosesləri qarşılıqlı olaraq bir-birilərini gücləndirirlər. Bu isə o deməkdir ki, real şərtlər çərçivəsində bitkilər tərəfindən daha çox CO2-nin udulması gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
James Webb erkən kainatda ən böyük qalaktikaları kəşf edib
James Webb erkən kainatda ən böyük qalaktikaları kəşf edib
James Webb kosmik teleskopu müasir kosmologiyanın sərhədlərini genişləndirməyə davam edir.
22 işıq ili uzaqlığında Yer kürəsinə bənzəyən ekzoplanet yerləşir
22 işıq ili uzaqlığında Yer kürəsinə bənzəyən ekzoplanet yerləşir
Amerikalı alimlər təsdiqləyiblər ki, Yer kürəsindən cəmi 22 işıq ili uzaqlığında bizim planetimizi xatırladan ekzoplanet yerləşir. Yer kürəsinə bənzər ekzoplanetlər arasında bu ekzoplanet bizim planetə ən yaxın məsafədə yerləşəndir.
Erkən kainatda Süd Yolu qalaktikasının kiçik ölçülü kopyası aşkar edilib
Erkən kainatda Süd Yolu qalaktikasının kiçik ölçülü kopyası aşkar edilib
James Webb kosmik teleskopu hələ elmi açıqlaması olmayan heyrətləndirici məlumatları təqdim etməyə davam edir.
Böyük partlayışdan 500 milyon il sonra formalaşmış super kütləli qara dəlik kəşf edilib
Böyük partlayışdan 500 milyon il sonra formalaşmış super kütləli qara dəlik kəşf edilib
Alimlər Böyük partlayışdan 500 milyon il sonra formalaşmış super kütləli qara dəliyi kəşf ediblər.
Alimlər insanın immun sisteminin çəkisini hesablayıblar
Alimlər insanın immun sisteminin çəkisini hesablayıblar
Veysman İnstitutunun mütəxəssisləri orta statistik insanın immun sisteminin bütün hüceyrələrinin siyahıyaalma prosesini reallaşdırıblar.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ