main-post-cover

    ChatGPT gün ərzində yarım milyon kilovatt saat elektrik enerjisi sərf edir

    Süni İntellekt
    19.03.2024
    Emil Nəcəfov
         The New Yorker saytının vermiş olduğu məlumata əsasən məşhur çat-bot olan ChatGPT gün ərzində 200 milyon sorğuya cavabın tərtib olunması üçün böyük miqdarda elektrik enerjisi sərf edir. Belə ki, çat-bot ABŞ-da adi bir ailənin sərf etdiyi elektrik enerjisindən 17 000 dəfə daha çox elektrik enerjisi sərf edir. Mütəxəssislərin qiymətləndirmələrinə əsasən ChatGPT-nin çalışması üçün gündəlik yarım milyon kilovatt saat elektrik enerjisi lazımdır. OpenAI şirkətinin sözügedən çat-botu daha da inkişaf etdirəcəyini nəzərə alsaq, onun çalışması üçün daha çox elektrik enerjisi lazım olacaq. Bu həmçinin ümumilikdə generativ süni zəka sahəsini də əhatə edir.
         Məsələn əgər Google öz generativ süni zəka texnologiyasını Google Search axtarış sisteminə inteqrasiya etsə, bu, il ərzində sərf ediləcək 29 milyard kilovatt saat elektrik enerjisinə bərabər olacaq. “Süni zəka böyük miqdarda enerji tələb edən bir texnologiyadır. Artıq indi süni zəka serverləri Böyük Britaniyadakı bir çox ailədən ümumilikdə daha çox enerji sərf edir. Bu mövzuda rəqəmlər sürətlə artmaqda davam edir” - deyə mütəxəssislər qeyd ediblər. 2027-ci ilə qədər süni zəka sahəsi ümumilikdə il ərzində 85-134 teravatt saat elektrik enerjisi sərf edə bilər. Bu isə bütün dünyanın elektrik enerjisi sərfiyyatının 0.5%-nə bərabərdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Elon Musk: "2029-cu ilə qədər süni zəka bütün insanlardan ağıllı olacaq"
    elon-musk-2029-cu-ile-qeder-suni-zeka-butun-insanlardan-agilli-olacaq
    OpenAI şirkətinin video tərtibatı üçün olan Sora neyron şəbəkəsi bu il ərzində hamıya təqdim veriləcək
    openai-sirketinin-video-tertibati-ucun-olan-sora-neyron-sebekesi-bu-il-erzinde-hamiya-teqdim-verilecek
    Süni zəkanın köməyilə yaradılmış dərman insanlar üzərində test edilir
    suni-zekanin-komeyile-yaradilmis-derman-insanlar-uzerinde-test-edilir
    Figure 01 adlı robot OpenAI vasitəsilə insanlarla ünsiyyət qurmağı öyrənib (VİDEO)
    figure-01-adli-robot-openai-vasitesile-insanlarla-unsiyyet-qurmagi-oyrenib-video
    Ən ağıllı çat-bot IQ testində insanı geridə qoyub
    en-agilli-cat-bot-iq-testinde-insani-geride-qoyub