main-post-cover

    ChatGPT, istifadəçilərinin sayını açıqlayıb!

    Süni İntellekt
    30.08.2024
    Farid Pardashunas

         OpenAI tərəfindən 2022-ci ilin sonunda istifadəyə verilən GPT dəstəkli çatbot, bütün dünyada milyonlarla insan tərəfindən istifadə olunur. Bəs ChatGPT-nin nə qədər istifadəçisi var?

         Bilməyənlər üçün qeyd edək ki, ChatGPT, həyatı əhəmiyyətli dərəcədə asanlaşdıran xüsusiyyətlərə sahib bir söhbət botudur. Demək olar ki, ona verilən istənilən suala cavab verə bilən bu alət, həm də söhbət edə biləcəyiniz şəxsi köməkçi kimi də işləyə bilər. Axios-a görə, ChatGPT həftəlik 200 milyon aktiv istifadəçi sayını ötüb. Beləliklə, 1 il əvvəllə müqayisədə istifadəçilərin sayının 2 dəfə artdığını görə bilərik. OpenAI-nin paylaşdığı məlumata görə, bu sürətli artımda Fortune 500 şirkətlərinin də əhəmiyyətli payı var.
         Məlumatlara görə, GPT-4o modelinin tətbiqi ilə mobil cihazlarda ChatGPT yükləmələrinin sayında ciddi artım müşahidə olunub. Bu artım, həm də gəlirlərin xeyli artmasına səbəb olub. Digər tərəfdən, Facebook-un sahibi Meta tərəfindən hazırlanan Llama AI da mühüm bir mərhələyə çatıb. O qədər ki, aylıq 400 milyonu və gündəlik 40 milyon aktiv istifadəçini keçib. Buna uyğun olaraq, OpenAI və Meta arasında ciddi rəqabətin olduğunu deyə bilərik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple və NVIDIA, OpenAI şirkətinə milyardlarla dollar investisiya yatıra bilərlər
    apple-ve-nvidia-openai-sirketine-milyardlarla-dollar-investisiya-yatira-bilerler
    Google insan səsi sayəsində xəstəliyi təyin edə biləcək süni zəka üzərində çalışır
    google-insan-sesi-sayesinde-xesteliyi-teyin-ede-bilecek-suni-zeka-uzerinde-calisir
    OpenAI şirkəti yeni investisiyalar cəlb etməyə hazırlaşır
    openai-sirketi-yeni-investisiyalar-celb-etmeye-hazirlasir
    OpenAI ChatGPT üçün yeni süni zəka sistemini hazırlayır
    openai-chatgpt-ucun-yeni-suni-zeka-sistemini-hazirlayir
    Google DeepMind əməkdaşları, süni intellektin hərbi xidmətlər üçün istifadə edilməyinə qarşı etirazlarını bildiriblər!
    google-deepmind-emekdaslari-suni-intellektin-herbi-xidmetler-ucun-istifade-edilmeyine-qarsi-etirazlarini-bildiribler