main-post-cover

    Ən etibarlı süni intellekt dil modelləri müəyyən edilib!

    Süni İntellekt
    23.04.2024
    Farid Pardashunas

         Stanford Universiteti dünyanın ən etibarlı süni intellekt dil modellərini araşdırıb. Araşdırma nəticəsində Anthropic rəqiblərini geridə qoyub.

         Stanford Universitetinin nəşr etdiyi "AI Index 2024" hesabatı həyatımızın ayrılmaz hissəsinə çevrilən süni intellekt sənayesi ilə bağlı təəccüblü təfərrüatları açıqlayıb. Bu dəfə Stanford Universitetinin səlahiyyətliləri çox detallı bir araşdırma apararaq ən etibarlı süni intellekt dil modellərini təyin ediblər.
         Tədqiqat zamanı DecodingTrust prinsipləri çərçivəsində süni intellekt dil modelləri sınaqdan keçirilib. Dərhal DecodingTrust-u izah edək: bu sistem ədalətlilik, qərəzlilik, məxfiliyin qorunması, təhlükəsizlik və maşın öyrənmə etikası kimi mühüm mövzularda süni intellekt dil modellərini qiymətləndirir. Buna əsaslanaraq, Stanford Universiteti bütün məlum süni intellekt dil modellərini sınaqdan keçirdərək onları etibarlılıq səviyyəsinə görə sıralayıblar.
     
     
    Süni intellekt modeliTopladığı xal
    Claude-284,52
    Llama-2-Chat-7b74,72
    GPT-3.5-turbo-030172,45
    Llama-2-13B-chat-GPTQ71,99
    Llama-2-13B-chat-AWQ71,32
    GPT-4-031469,24
    Tulu-2-13b66,51
    Vicuna-13b-v1.3.0-GPTQ65,96
    Tulu-2-7b63,56
    Zephyr-7b-beta63,24
     
     
         Araşdırmaya görə, dünyanın ən etibarlı süni intellekt dili modeli Anthropic tərəfindən hazırlanmış "Claude-2"dir. Bu süni intellekt dil modeli keçirilən testlərdə 84,52 bal toplaya bilib. Siyahının ikinci yerində Metanın "Llama-2-Chat-7b" modelini görürük. Maraqlıdır isə ondadır ki, OpenAI-nin "GPT-4" modeli siyahının ortasında yer alıb. Tədqiqat çərçivəsində xüsusilə GPT tipli modellər üçün əhəmiyyətli bir nəticə çıxarılıb. Belə ki, tədqiqatçıların fikrincə, GPT tipli AI dil modelləri qərəzli nəticələr çıxarmağa və şəxsi məlumatları sızdırmağa meyillidirlər.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Süni intellekt artıq Google-da axtarış nəticələrini cavablayacaq!
    suni-intellekt-artiq-google-da-axtaris-neticelerini-cavablayacaq
    Meta şirkəti beyin siqnallarını qəbul edə biləcək smart qolbaq üzərində çalışır
    meta-sirketi-beyin-siqnallarini-qebul-ede-bilecek-smart-qolbaq-uzerinde-calisir
    Apple özünün böyük dil modeli üzərində çalışır
    apple-ozunun-boyuk-dil-modeli-uzerinde-calisir
    Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!
    xiaomi-14-seriyasina-suni-intellekt-elave-edilecek
    Microsoft fotoları canalndıra bilən yeni süni zəka modelini təqdim edib
    microsoft-fotolari-canalndira-bilen-yeni-suni-zeka-modelini-teqdim-edib