main-post-cover

    GPT-4o, bütün pulsuz ChatGPT istifadəçiləri üçün təqdim edilib!

    Süni İntellekt
    30.05.2024
    Farid Pardashunas

         OpenAI, mayın əvvəlində təqdim etdiyi ən qabaqcıl süni intellekt modeli GPT-4o-nu bütün ChatGPT istifadəçiləri üçün təqdim edib.

         ChatGPT Plus, Teams ve Enterprise kimi ödənişli xidmət istifadəçiləri ChatGPT-nin bütün xüsusiyyətlərindən yararlana bilirdi, lakin artıq bu xüsusiyyətlərdən pulsuz ChatGPT istifadəçiləri də yararlana biləcək.
         OpenAI, GPT-4-dən daha sürətli və təkmilləşdirilmiş mətn, şəkil və audio imkanlarına malik olan GPT-4o dil modelini təqdim edərkən pulsuz istifadəçilərin də bu xüsusiyyətlərdən yararlana biləcəyini söyləmişdi. OpenAI, artıq bu gün yeni xüsusiyyətləri bütün istifadəçilərə açıq şəkildə təqdim edib. Bu o deməkdir ki, istifadəçilər Google Drive və ya OneDrive-dan faylları yükləyərək süni intellektin qrafikləri tez təhlil etməsi və qrafiklər yaratması da daxil olmaqla yeni funksiyalardan istifadə edə bilərlər. Qabaqcıl məlumat təhlilindən başqa, yeni model daha sürətli reaksiya vermək, ton və fon səsləri kimi şeyləri anlamaq və hətta emosiya ilə danışmaq qabiliyyətinə malikdir. Bununla belə, pulsuz ChatGPT istifadəçiləri üçün müəyyən mesajlaşma və söhbət limiti var. İstifadəçiləri bu limiti doldurduqda, GPT-4o, GPT-3.5 ilə əvəz olunur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI növbəti süni zəka modelinin təlimatlandırılması prosesinə start verib
    openai-novbeti-suni-zeka-modelinin-telimatlandirilmasi-prosesine-start-verib
    ChatGPT-nin proqramlaşdırma barəsindəki cavablarının 52%-i səhvdir
    chatgpt-nin-proqramlasdirma-baresindeki-cavablarinin-52-i-sehvdir
    OpenAI CEO-su: "İndiki süni zəka həlləri GPT-5-in yanında əlverişsiz qalacaqlar"
    openai-ceo-su-indiki-suni-zeka-helleri-gpt-5-in-yaninda-elverissiz-qalacaqlar
    GPT-4o-nun təqdimatından sonra ChatGPT istifadəçi kütləsi mövzusunda yeni rekorda imza atıb
    gpt-4o-nun-teqdimatindan-sonra-chatgpt-istifadeci-kutlesi-movzusunda-yeni-rekorda-imza-atib
    Məşhur aktrisa ChatGPT-dəki səsin öz səsi olduğunu iddia edib!
    meshur-aktrisa-chatgpt-deki-sesin-oz-sesi-oldugunu-iddia-edib