Intel süni zəka vasitəsilə foto tərtibatı tətbiqini təqdim edib (VİDEO)
Süni İntellekt
06.06.2024
Emil Nəcəfov
Intel şirkəti Computex 2024 sərgisi çərçivəsində AI Playground adlı tətbiqini təqdim edib. Bu, süni zəka vasitəsilə fotoların tərtibatı üçün nəzərdə tutulmuş tətbiqdir. AI Playground adlı tətbiqin iki əsas özəlliyi var. Birinci özəllik ondan ibarətdir ki, tətbiq lokal şəkildə kompüterdə çalışacaq. Yəni onun çalışması üçün bulud serverlərdən istifadə edilməyəcək. İkinci özəllik isə ondadır ki, tətbiq tamamilə pulsuzdur. Məlumata əsasən AI Playground tətbiqinin çalışması üçün Intel Arc qrafikasına sahib Intel Core Ultra prosessoru lazım olacaq.
Intel Arc-ın əvəzinə Intel-in minimum 8 GB-lıq VRAM-a sahib diskret videokartı da istifadə edilə bilər. Tətbiqin interfeysi çox sadədir. O sadəcə olaraq 3 qovluqdan təşkil edilib. Create, Enhance və Answer. Intel bildirib ki, sözügedən tətbiqin hazırlanması çərçivəsində əsas diqqət ondan istifadədə rahatlığa ayrılıb. Adi istifadəçi üçün qəliz ola biləcək ayarlar “piksel göstəricisi” və “keyfiyyət” kimi anlaşılan bəndlərdə birləşdirilib. Bununla belə istifadəçi öz istəyinə uyğun olaraq ayarların genişləndirilmiş interfeys rejimindən də istifadə edə bilər. AI Playground tətbiqi artıq yaxın zamanda istifadəyə veriləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple-dan sonra Oppo da öz telefonlarına süni intellekt əlavə edəcək!
Apple-dan sonra Oppo da öz telefonlarına süni intellekt əlavə edəcək!
Oppo, ucuz telefonlar da daxil olmaqla, bütün cihazlarına süni intellekt xüsusiyyətləri gətirəcəyini açıqlayıb.
İstənilən səs effektini yarada bilən süni intellekt hazırlanıb!
İstənilən səs effektini yarada bilən süni intellekt hazırlanıb!
Süni intellekt texnologiyalarında söz sahibi olan ElevenLabs, yalnız əmrlərə əsaslanaraq partlayışlar, fasilələr və ya digər səs effektləri yarada bilən süni intellekt sistemi hazırlayıb.
Avropa Birliyi süni zəkanın təhlükəsiz inkişafına nəzarət edəcək yeni qurumunu yaradıb
Avropa Birliyi süni zəkanın təhlükəsiz inkişafına nəzarət edəcək yeni qurumunu yaradıb
Avropa Birliyi öz yeni strukturu olan Süni Zəka İdarəsini təsis edib. Bu idarə Avropanın növbəti illərdəki süni zəka ekosisteminin formalaşdırılmasında vacib rol oynayacaq.
Yaxın zamanda hər ikinci smartfon süni zəka funksiyalarına sahib olacaq
Yaxın zamanda hər ikinci smartfon süni zəka funksiyalarına sahib olacaq
Canalys adlı tədqiqat şirkətinin yeni hesabatına əsasən smartfon istifadəçiləri arasında süni zəka funksiyaları sürətlə məşhurlaşır.
OpenAI, ChatGPT-nin universitetlər üçün olan versiyası "ChatGPT Edu"nu təqdim edib!
OpenAI, ChatGPT-nin universitetlər üçün olan versiyası "ChatGPT Edu"nu təqdim edib!
OpenAI, ChatGPT-nin fərdi versiyası olan "ChatGPT Edu"nu təqdim edib. Bu yeni sistem, daha çox universitet yönümlü və daha uyğun qiymətli olacaq.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!