Mars süxur nümunələrinin Yer kürəsinə çatdırılması tam şəkildə maliyyələşdiriləcək
Süni İntellekt
15.11.2023
Emil Nəcəfov
ABŞ Nümayəndələr Palatası NASA-nın Mars Sample Return (MSR) adlı missiyasını tam şəkildə maliyyələşdirmək qərarını verib. Qeyd etmək lazımdır ki, sözügedən missiya Marsda Perseverance aparatı tərəfindən yığılmış süxur nümunələrinin Yer kürəsinə gətirilməsi üçün nəzərdə tutulub. Sözügedən missiyanın büdcəsi isə daha öncə düşünüldüyündən 3 dəfə daha çox təşkil edə bilər. NASA-nın MSR missiyasının büdcəsi ilk öncə 4 milyard dollar təşkil edirdi. Lakin kosmik agentlik təyin edilmiş büdcənin missiya üçün kifayət etmədiyi bir vəziyyətə gəlib çatıb. Nəticədə MSR missiyasının büdcəsi 11 milyard dollar və ya ondan daha çox təşkil edə bilər.
Məsələ burasındadır ki, ABŞ üçün bu mövzu prestij məsələsidir. Belə ki, Çin Mars süxur nümunələrinin NASA-dan iki il daha tez Yer kürəsinə çatdırmağı hədəfləyib. Yəni 2031-ci ildə. Bu səbəbdən də ABŞ hökumətinin NASA MSR missiyasını maliyyələşdirməsindən başqa çıxış yolu yoxdur. ABŞ hökuməti missiyanın tam şəkildə maliyyələşdiriləcəyinə söz verib və 2024-cü il üçün NASA-ya lazım olan 1 milyard dollar vəsaiti artıq ayırıb. NASA isə öz növbəsində missiyanın qrafikinə yenidən nəzər yetirməli və öz partnyorları ilə daha diqqətli şəkildə çalışmalıdır. NASA sözügedən missiyanın reallaşdırılmasını artıq 2030-cu ilə təxirə salıb. Missiyanın reallaşdırılması hal hazırda daha real görünür. Lakin buna baxmayaraq texniki problemlər hələ də var.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
NASA BKS-ın (Beynəlxalq Kosmik Stansiya) yerini təyin etməyə imkan verən mobil tətbiqi istifadəyə verib
NASA BKS-ın (Beynəlxalq Kosmik Stansiya) yerini təyin etməyə imkan verən mobil tətbiqi istifadəyə verib
NASA-nın istifadəyə vermiş olduğu yeni mobil tətbiq BKS-in (Beynəlxalq Kosmik Stansiya) səmada yerini təyin etməyə imkan verir.
NASA-nın Ay ətrafı uçuşunu reallaşdıracaq kosmik gəminin testlərinə start verilir
NASA-nın Ay ətrafı uçuşunu reallaşdıracaq kosmik gəminin testlərinə start verilir
NASA bildirib ki, "Artemis II" missiyası çərçivəsində Ay ətrafı idarə olunan uçuş üçün nəzərdə tutulmuş Orion adlı kosmik gəmi servis moduluna quraşdırılıb və o, vakuum ilə vibrasiya testlərindən keçməyə hazırlaşır.
Yupiterin peyki İonun keyfiyyətli fotoları çəkilib
Yupiterin peyki İonun keyfiyyətli fotoları çəkilib
NASA-nın Juno adlı kosmik aparatı Yupiter sistemlərinin müşahidə edilməsi üzrə əsas missiyasının yerinə yetirilməsindən uzun illər sonra yenə də uğurlu şəkildə fəaliyyətini davam etdirir.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!