
Microsoft CEO-su: "Süni zəkanın dəyəri onun iqtisadiyyata necə təsir göstərdiyindən asılı olacaq"
Süni İntellekt
27.02.2025
Emil Nəcəfov
Microsoft-un baş direktoru Satya Nadella süni zəkanın uğurunun qlobal iqtisadiyyata gətirdiyi fayda ilə ölçülməli olduğunu bildirir. Onun fikrincə, süni zəka həqiqətən təsirli olacaqsa, onun e-poçt və ya Excel kimi "öldürücü tətbiqə" (killer app) çevrilməsi lazımdır. "Biz AGI (ümumi süni zəka) sahəsində hansısa nailiyyətlər əldə etdiyimizi iddia edirik, amma bu, mənasızdır" - deyə Nadella podkastlardan birində qeyd edib. O hesab edir ki, süni zəkanın uğurunu ölçmək üçün ən yaxşı göstərici onun ölkələrin ÜDM-nin (Ümumi Daxili Məhsul) artmasına təsiridir.

"Əgər biz süni zəkanı sənaye inqilabı ilə müqayisə ediriksə, gəlin ondan 10% və ya 7% iqtisadi artım əldə edək. Hətta inflyasiya nəzərə alınaraq 5%-lik artım belə real bir göstərici olar" - deyə Nadella vurğulayıb. 2024-cü ildə çox az ölkə bu cür iqtisadi artım tempinə nail olub. Satya Nadella hesab edir ki, süni zəkadan effektiv istifadə olunmadığı üçün hələlik gözlənilən iqtisadi artım baş verməyib. O düşünür ki, bunun üçün vaxt lazımdır, çünki fərdi kompüterin geniş yayılması və təsirinin tam anlaşılması da illərlə davam etmişdi.
Bundan əlavə, Nadella süni zəkanın öz yerini tapdıqdan sonra belə, zehni əmək sahəsində çalışan insanları tamamilə əvəz edəcəyini düşünmür. Əksinə, süni zəka agentləri işçilərə daha vacib vəzifələrə fokuslanmağa imkan verəcək və ya şirkətlərin işçi heyətini azaltmaqla xərclərini optimallaşdırmasına kömək edəcək. Hətta insan qabiliyyətlərini üstələyən AGI səviyyəsinə çatıldığı halda belə, Nadella hesab edir ki, qanunvericilik məsələlərinə görə yaxın gələcəkdə insanları tam əvəz etməsi real deyil.
Mənbə: The Register
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OpenAI şirkəti GPT-4.5-i istifadəyə verməyə hazırlaşır

OpenAI şirkəti GPT-4.5-i istifadəyə verməyə hazırlaşır
Bəzi ChatGPT Pro abunəçiləri GPT-4.5 adlı yeni modelin sınaqdan keçirilməsi üçün təkliflər görməyə başladıqlarını bildirirlər.
Süni zəka agentləri səbəbilə internet süquta uğraya bilər

Süni zəka agentləri səbəbilə internet süquta uğraya bilər
Bəzi analitiklər 2025-ci ili süni zəka agentlərinin ili adlandırırlar. Bunlar istifadəçilərlə qarşılıqlı əlaqə qura bilən, araşdırmalar aparan, məlumat toplayan və məzmunu idarə edən fərdiləşdirilmiş rəqəmsal köməkçilərdir.
Süni zəka növbəti 10 ildə avtomobil dizaynerlərini əvəz edə bilər

Süni zəka növbəti 10 ildə avtomobil dizaynerlərini əvəz edə bilər
Mercedes-Benz dizayn şöbəsinin rəhbəri Gordon Wagener hesab edir ki, 10 il ərzində süni zəka avtomobil dizaynerlərini tamamilə əvəz edə bilər.
ChatGPT bir insanın həyatını xilas edib

ChatGPT bir insanın həyatını xilas edib
Bir istifadəçi bildirib ki, ChatGPT onu təcili yardıma yönləndirib və bu onun həyatını xilas edib. Çat-bot qadının ayağında qeyri-adi səpgili bir görüntünü və qan analizini təhlil edib.
Grok-3 səsli ünsiyyət rejimində insanlarla mübahisə və flirt edir

Grok-3 səsli ünsiyyət rejimində insanlarla mübahisə və flirt edir
Elon Musk-ın xAI şirkəti Grok çat-botu üçün səs rejimini təqdim edib, beləliklə istifadəçilər indi süni intellektlə real vaxt rejimində söhbət edə bilərlər.
Həftənin xəbərləri

