
Grok-3 səsli ünsiyyət rejimində insanlarla mübahisə və flirt edir
Süni İntellekt
25.02.2025
Emil Nəcəfov
Elon Musk-ın xAI şirkəti Grok çat-botu üçün səs rejimini təqdim edib, beləliklə istifadəçilər indi süni zəka ilə real vaxt rejimində söhbət edə bilərlər. Ümumilikdə Grok-un 10 fərqli qarşılıqlı əlaqə rejimi mövcuddur, lakin istifadəçilərin ən çox maraq göstərdiyi iki 18+ rejim diqqət çəkib:
- "Dəlisov" (Unhinged) - mübahisələri qızışdırır və mübahisəli cavablar verir.
- "Seksual" (Sexy) - istifadəçilərə komplimentlər edir və flirt (eşqbazlıq) xarakterli cavablar verir.
Bu rejimlərin hələ test mərhələsində olub-olmadığı və ya artıq rəsmi funksiya kimi istifadəyə verildiyi bilinmir. "Dəlisov" rejimdə Grok istifadəçiləri qıcıqlandırır, onların arqumentlərinə qarşı arqumentlər gətirir və mübahisələrə səbəb olur. O, hətta məqsədyönlü şəkildə konfliktlər yaradır və söhbət zamanı kobud ifadələr işlədir. Reddit və X (keçmiş Twitter) istifadəçiləri artıq bu rejimi sınaqdan keçirib və çox razı qalıblar. Onların fikrincə, çətin bir iş günündən sonra əsəbləri boşaltmaq və biri ilə mübahisə etmək üçün yaxşı bir imkan yaradır.

Maraqlıdır ki, bu rejimdə Grok istədiyi zaman söhbəti dayandıra bilər. The3rdSphere ləqəbli bloqer Grok-a qışqırdıqdan sonra süni zəkanın qışqıraraq "Mən səni nifrətlə sevirəm" dediyini və dialoqu bağladığını bildirib. Bloqerin sözlərinə görə, bu, onun ilk dəfə süni zəkanın nə qədər insanabənzər olduğunu hiss etməsinə səbəb olub. "Seksual" rejimdə isə Grok istifadəçilərlə flirt edir və onlara komplimentlər verir. Bu rejim "Dəlisov" variantından daha sakit və nəzakətli davranır. Süni zəka bu rejimdə kobud və ya vulqar ifadələrdən çəkinir.

İstifadəçilərə daha oyunbaz və rahat bir ünsiyyət təcrübəsi təqdim edir. Hazırda bu rejimlərin rəsmi funksiya olub-olmadığı və ya test mərhələsində olduğu məlum deyil. xAI hələlik bu barədə rəsmi açıqlama verməyib. Bəzi ekspertlər və istifadəçilər hesab edirlər ki, Elon Musk-ın startapı bu yeni rejimlər vasitəsilə daha çox istifadəçi cəlb etməyə və ChatGPT, Claude kimi məşhur rəqiblərdən fərqlənməyə çalışır. İstifadəçilər artıq Grok-un müxtəlif mövzuları sərbəst müzakirə etmə qabiliyyətini, səhv cavabların az olmasını və insan nitqinə bənzər təbii ünsiyyət qurmasını yüksək qiymətləndiriblər.
Mənbə: Aibase
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
DeepSeek R2 süni zəka modelinin hazırlanması prosesini sürətləndirib

DeepSeek R2 süni zəka modelinin hazırlanması prosesini sürətləndirib
Yanvar ayında Çinin süni zəka startapı DeepSeek qlobal səhm bazarında çaxnaşmaya səbəb oldu. Şirkət R1 adlı məntiqi düşünmə qabiliyyətinə malik süni zəka modelini təqdim etdi.
Sinqapur bankı minlərlə işçisini süni zəka ilə əvəz edəcək

Sinqapur bankı minlərlə işçisini süni zəka ilə əvəz edəcək
Sinqapurun DBS Group bankı növbəti 3 il ərzində təxminən 4000 müvəqqəti və müqaviləli işçini süni zəka texnologiyaları ilə əvəz edəcəyini elan edib.
Anthropic şirkəti Claude 3.7 Sonnet adlı ilk "hibrid məntiqi süni zəka modelini" təqdim edib

Anthropic şirkəti Claude 3.7 Sonnet adlı ilk "hibrid məntiqi süni zəka modelini" təqdim edib
OpenAI-nin əsas rəqiblərindən biri olan Anthropic şirkəti Claude 3.7 Sonnet adlı ilk "hibrid məntiqi süni zəka modelini" təqdim edib. Şirkətin bildirdiyinə görə, bu model əvvəlki versiyalara nisbətən daha mürəkkəb məsələləri həll edə bilir və riyaziyyat, proqramlaşdırma kimi sahələrdə daha üstün performans göstərir.
Süni zəka bir damcı qan vasitəsilə müxtəlif xəstəlikləri təyin edə bilir

Süni zəka bir damcı qan vasitəsilə müxtəlif xəstəlikləri təyin edə bilir
Alimlər, immun hüceyrələrinin gen ardıcıllığını analiz edərək bir neçə infeksiya və xəstəliyi eyni anda diaqnoz edə bilən süni zəka alqoritmi təqdim ediblər.
GPT-4.5 və GPT-5-in nə zaman istifadəyə veriləcəyi qeyri-rəsmi şəkildə açıqlanıb

GPT-4.5 və GPT-5-in nə zaman istifadəyə veriləcəyi qeyri-rəsmi şəkildə açıqlanıb
The Verge saytı sahə mütəxəssislərinə istinad edərək, OpenAI tərəfindən hazırlanan GPT-4.5 və GPT-5 süni zəka modellərinin ehtimal olunan təqdimat tarixi haqqında məlumat yayıb.
Həftənin xəbərləri

