OpenAI SearchGPT adlı süni zəka əsaslı axtarış sistemini təqdim edib
Süni İntellekt
26.07.2024
Emil Nəcəfov
Hələ bir neçə ay bundan öncə məlumat ortaya çıxmışdı ki, OpenAI şirkəti süni zəka əsaslı axtarış sistemi üzərində çalışır. İndi isə bu məlumat öz təsdiqini tapıb. Belə ki, OpenAI SearchGPT adlı süni zəka əsaslı axtarış sistemini təqdim edib. Məlumata əsasən bu axtarış sistemi xəbər resursları da daxil olmaqla müxtəlif veb saytlarda tapılmış məlumatları ümumiləşdirə və həmçinin istifadəçinin konkret suallarına cavab verə bilir. Məlumatların əldə edildikləri bu və ya digər mənbənin linki isə SearchGPT tərəfindən olacaq hər bir cavabın alt hissəsində yerləşəcək.
SearchGPT axtarış sistemləri sahəsinin lideri olan Google şirkətinə birbaşa meydan oxumaq deməkdir. Məlumata əsasən OpenAI şirkəti böyük xəbər nəşriyyatları ilə müqavilə imzalayıb. Məqsəd isə axtarış sisteminin təlimatlandırılması istiqamətində onların kontentlərindən istifadə etməkdir. Bu mövzuda şirkətin partnyorları arasında Associated Press, Financial Times, Business İnsider, Le Monde və s. böyük xəbər nəşriyyatları var. Digər tərəfdən kütləvi informasiya vasitələri süni zəkanın onların bizneslərinə necə təsir göstərə biləcəyindən narahatdırlar.
Onlar narahatdırlar ki, OpenAI və Google şirkətlərinin süni zəka əsaslı axtarış sistemləri qısa və hərtərəfli cavabları təqdim etməklə cavabların sonlarında olan linklərə keçid ehtiyacını aradan qaldıracaqlar. Bu isə öz növbəsində kütləvi informasiya vasitələrini trafikdən və müvafiq olaraq reklam müqavilələrindən məhrum edəcək. OpenAI rəsmilərinin sözlərinə əsasən SearchGPT-nin kütləvi informasiya vasitələrinə hansı trafiki göndərə biləcəyi hələ məlum deyil. SearchGPT hələ test versiyasında çalışır və ilkin mərhələdə yalnız 10 000 nəfər istifadəçi üçün aktiv olacaq. Gələcəkdə isə bu axtarış sistemi ChatGPT-yə inteqrasiya ediləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OpenAI şirkəti GPT-4o Mini adlı yeni süni zəka modelini istifadəyə verib
OpenAI şirkəti GPT-4o Mini adlı yeni süni zəka modelini istifadəyə verib
OpenAI şirkəti hələ bir neçə müddət bundan öncə təqdim etmiş olduğu GPT-4o adlı süni zəka modelinin sadələşdirilmiş və əlçatan versiyasını təqdim edib.
OpenAI mülahizə aparmaq bacarığına sahib süni zəka üzərində çalışır
OpenAI mülahizə aparmaq bacarığına sahib süni zəka üzərində çalışır
Reuters saytının, OpenAI şirkətinin daxili sənədinə istinadən vermiş olduğu xəbərə əsasən şirkət yeni süni zəka sistemi üzərində çalışır.
OpenAI-nin ChatGPT-ə qoyduğu "gizli qaydalar" yanlışlıqla üzə çıxıb!
OpenAI-nin ChatGPT-ə qoyduğu "gizli qaydalar" yanlışlıqla üzə çıxıb!
ChatGPT, onda göndərilən "Hi" mesajına OpenAI-nin qoyduğu gizli təlimatlarla cavab verib. Beləliklə, OpenAI-nin ChatGPT-nin cavablarını necə məhdudlaşdırdığı aydın olub.
ABŞ mənbələri, ChatGPT-nin kiberhücumçular tərəfindən sındırıldığını iddia edirlər!
ABŞ mənbələri, ChatGPT-nin kiberhücumçular tərəfindən sındırıldığını iddia edirlər!
Hadisədən xəbərdar olan mənbələrə görə, OpenAI, bu ilin əvvəlində böyük məlumat pozuntusuna məruz qalıb. Bildirilib ki, haker, OpenAI-nin əməkdaşlarının mesajlarına və forumlarına giriş əldə edib.
Konfidensiallıq üçün risk: ChatGPT-nin macOS versiyası dialoqları özündə adi mətn şəklində saxlayır
Konfidensiallıq üçün risk: ChatGPT-nin macOS versiyası dialoqları özündə adi mətn şəklində saxlayır
OpenAI şirkəti bir neçə müddət bundan öncə ChatGPT tətbiqinin macOS versiyasını istifadəyə verdi. Lakin bəzi istifadəçilər sözügedən tətbiqdə konfidensiallıqla bağlı narahatlıq duyduqlarını açıqlayıblar.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ