main-post-cover

    OpenAI şirkəti GPT-5-in hazırlanmasına start verib

    Süni İntellekt
    14.11.2023
    Emil Nəcəfov
         OpenAI şirkətinin CEO-su Sam Altman-ın sözlərinə əsasən şirkət GPT-5 adlı süni zəka modelinin hazırlanmasına start verib və bu istiqamətdə Microsoft-dan əlavə investisiyaların əldə olunmasına ümid edir. Məlumatda qeyd edilib ki, GPT-5 hal hazırda aktual olan GPT-4-ün daha təkmilləşdirilmiş versiyası olacaq. Altman yeni süni zəka modelinin nə zaman istifadəyə veriləcəyini açıqlamayıb.
         Lakin o bildirib ki, OpenAI şirkətinin daha əvvəlki süni zəka modelləri ilə müqayisədə GPT-5-in təlimatlandırılması üçün daha çox məlumat lazım olacaq. Təlimatlandırma prosesi üçün lazım olan məlumatları isə şirkət açıq mənbələrdən və digər şirkətlərdən əldə etməyi planlaşdırır. Böyük süni zəka modellərinin hazırlanması çox baha başa gələn bir məşğuliyyətdir. Məhz bu səbəbdən də OpenAI şirkəti Microsoft və digər investorlarından əlavə investisiyaların cəlb olunmasına ümid edir. Qeyd etmək lazımdır ki, Microsoft artıq OpenAI-yə 10 milyard dollar investisiya yatırıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Gauss adlı generativ süni zəka sistemini təqdim edib
    samsung-gauss-adli-generativ-suni-zeka-sistemini-teqdim-edib
    ChatGPT-nin həftəlik istifadəçi kütləsi 100 milyonu keçib
    chatgpt-nin-heftelik-istifadeci-kutlesi-100-milyonu-kecib
    OpenAI çat-botların yaradılması üçün GPTs adlı konstruktoru təqdim edib
    openai-cat-botlarin-yaradilmasi-ucun-gpts-adli-konstruktoru-teqdim-edib
    OpenAI şirkəti GPT-4 Turbo-nu təqdim edib
    openai-sirketi-gpt-4-turbo-nu-teqdim-edib
    Ümumi süni zəka nə zaman ortaya çıxacaq?
    umumi-suni-zeka-ne-zaman-ortaya-cixacaq