main-post-cover

    OpenAI şirkətinin həmtəsisçisi öz süni zəka şirkətini təsis edib

    Süni İntellekt
    21.06.2024
    Emil Nəcəfov
         OpenAI şirkətinin həmtəsisçilərindən və keçmiş baş elmi məsləhətçilərindən biri olan Ilya Sutskever öz süni zəka startapını təsis etdiyini elan edib. Onun süni zəka sahəsində fəaliyyət göstərəcək şirkəti Safe Superintelligence adlanır. Bu şirkətin əsas məqsədi təhlükəsiz və eyni zamanda güclü süni zəkanın yaradılmasıdır. Sutskever bildirib ki, Safe Superintelligence şirkətində süni zəkanın təhlükəsizliyi və imkanları eyni səviyyədə inkişaf edəcəklər. Bunun sayəsində şirkət öz süni zəka texnologiyalarını sürətlə inkişaf etdirəcək və eyni zamanda əsas diqqət həmin texnologiyaların təhlükəsizliklərinə ayrılacaq.
         OpenAI, Google Microsoft kimi şirkətlərdən fərqli olaraq Safe Superintelligence-də kommersiya təzyiqi və tez zamanda yeni məhsulları istifadəyə vermək kimi bir öhdəlik olmayacaq. Bu öz növbəsində təhlükəsizliyin yüksək səviyyədə qorunub saxlanması ilə texnologiyaların mərhələləri şəkildə miqyaslaşmasına imkan verəcək. Qeyd etmək lazımdır ki, keçən il OpenAI şirkətində çalışan zaman Sutskever aktiv şəkildə Sam Altman-ın işdən azad edilməsinin tərəfdarı idi. Söhbət, OpenAI şirkətinin hal-hazırki CEO-su Sam Altman-dan gedir.
         Nəticədə Sutskever may ayında OpenAI şirkətindən ayrıldı və indi öz süni zəka layihəsini anons etdi. Bəzi məlumatlara əsasən onun OpenAI-dan ayrılmasının əsas səbəbi onda idi ki, şirkət öz məhsullarının təhlükəsizliklərinə ciddi şəkildə diqqət ayırmır və yalnız kommersiya arxasınca qaçır. Sutskever bildirib ki, Safe Superintelligence şirkəti hal-hazırda heç bir partnyorluğu nəzərdən keçirtmir. Onun yeganə məhsulu təhlükəsiz süni zəka olacaq və onun yaradılmasına kimi şirkət digər hansısa bir layihə ilə məşğul olmaq niyyətində deyil. Beləliklə Safe Superintelligence şirkəti bazarın OpenAI kimi nəhənglərinə meydan oxuyur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI və Color Health, xərçəng xəstələri üçün süni intellekt köməkçisi hazırlayıb!
    openai-ve-color-health-xerceng-xesteleri-ucun-suni-intellekt-komekcisi-hazirlayib
    GPT-4 əsaslı çat-bot Turing testindən keçib
    gpt-4-esasli-cat-bot-turing-testinden-kecib
    Süni intellekt texnologiyası, EURO 2024-ü simulyasiya edib!
    suni-intellekt-texnologiyasi-euro-2024-u-simulyasiya-edib
    Fotoların tərtibatı üçün nəzərdə tutulmuş Stable Diffusion 3 Medium süni zəka sistemi təqdim edilib
    fotolarin-tertibati-ucun-nezerde-tutulmus-stable-diffusion-3-medium-suni-zeka-sistemi-teqdim-edilib
    Elon Musk, Apple-ın süni intellektinə qarşı sərt reaksiya bildirib!
    elon-musk-apple-in-suni-intellektine-qarsi-sert-reaksiya-bildirib