Süni intellekt, dil şəklindən istifadə edərək 98% dəqiqliklə xəstəliyin diaqnozunu qoya bilib!
Süni İntellekt
14.08.2024
Farid Pardashunas
Tədqiqatçılar, dil fotoşəkillərini maşın öyrənmə üsulu ilə təhlil edərək bəzi xəstəliklərə çox yüksək dəqiqliklə diaqnoz qoymağı bacarıblar.
Yaxşı bir dil təhlilinin dəyərini dərk edən İraqın Mərkəzi Texniki Universiteti və Cənubi Avstraliya Universitetinin tədqiqatçıları, müxtəlif işıqlandırma şəraitində çəkilmiş 5260 dil şəkli üzərində maşın öyrənmə sistemini öyrədiblər. Onlar həmçinin məşq üçün astma, şəkərli diabet və anemiya kimi bilinən sağlamlıq vəziyyəti yaxşı olmayan şəxslərin bir sıra şəkillərini də daxil ediblər. Daha sonra isə kameranı xəstənin dilindən 20 sm məsafədə yerləşdirərək sistemi sınaqdan keçirtmək üçün sistemdən diaqnoz yaratmağı xahiş ediblər. Testlər zamanı isə sistem, real vaxt rejimində 98% dəqiqliklə diaqnoz qoymağı bacarıb.
Tədqiqata rəhbərlik edən professor Ali Al-Naji, dilin rənginin və formasının hansı xəstəliklərə işarə etdiyini belə izah edir: "Dilin rəngi, forması və qalınlığı bir sıra sağlamlıq problemlərini aşkar edə bilər. Tipik olaraq, diabetli insanlarda sarı bir dil var. Xərçəng xəstələri qalın yağlı örtüyə malik bənövşəyi dilə və kəskin insult keçirən xəstələr isə qeyri-adi qırmızı dilə sahib olurlar. Ağ rəngdəki bir dil anemiyanı göstərə bilər, ağır COVID-19 xəstələrinin dilinin isə tünd qırmızı rəngdə olma ehtimalı var. İndiqo və ya bənövşəyi dil, damar və mədə-bağırsaq problemlərini və ya astmanı göstərir."
Harvard Health-in sözlərinə görə, sağlam bir dil simmetrik və az-çox açıq çəhrayı rəngdə olmalı, üzərində yüngül ağ örtük olmalıdır. Aralıq dənizi, Asiya və Afrika cəmiyyətlərində yaşayan sağlam bir insanın dili bir qədər bənövşəyi və ya qəhvəyi rəngə sahib ola bilər. Yeni tədqiqatlar göstərir ki, tezliklə süni intellektdən istifadə edərək, yalnız smartfon kamerası ilə dilinizin şəklini çəkərək asanlıqla diaqnoz qoymaq mümkün olacaq.
Linki kopyala
elmi xeber
Scientific news
artificial intelligence
science news
science
elmi xeberler
ai
suni zeka
suni intellekt
Bənzər xəbərlər
Oxşar xəbərlər
İnsan bədəninin özünü bərpa edə bilməyən qığırdaqlarını müalicə edə bilən biomaterial hazırlanıb!
İnsan bədəninin özünü bərpa edə bilməyən qığırdaqlarını müalicə edə bilən biomaterial hazırlanıb!
Tədqiqatçılar tərəfindən hazırlanmış yeni biomaterial, oynaqlarda zədələnmiş qığırdaqları müalicə edə bilər.
Tədqiqatçılar, saç telinin on mində birini təsvir edə bilən mikroskop hazırlayıblar!
Tədqiqatçılar, saç telinin on mində birini təsvir edə bilən mikroskop hazırlayıblar!
Almaniyanın Göttingen Universiteti və İngiltərənin Oksford Universitetinin tədqiqat qrupu, Göttingen Universitetinin Tibb Mərkəzi ilə əməkdaşlıq edərək 5 nanometr ayırdetmə qabiliyyətinə malik mikroskop hazırlamağa müvəffəq olub.
Alimlər, istənilən məhsulu günəş panelinə çevirə bilən material hazırlayıblar!
Alimlər, istənilən məhsulu günəş panelinə çevirə bilən material hazırlayıblar!
Oksford Universitetinin alimləri, hazırladıqları yeni materialla demək olar ki, istənilən məhsulu günəş panelinə çevirə bilir. Bu yenilik sayəsində günəş fermalarına ehtiyac azala bilər.
Parazit genləri sındırıldı: Dərmanların beyinə çatdırılmasında yeni dövr başlayır!
Parazit genləri sındırıldı: Dərmanların beyinə çatdırılmasında yeni dövr başlayır!
Tədqiqatçılar, pişik qumunda tapılan paraziti sındırmaqla Rett sindromunun yeni həll yolunu tapmış ola bilərlər. Dərmanların beyinə çatdırılmasında yeni bir dövrün başlanğıcını qoya biləcək tədqiqatın təfərrüatları bunlardır:
Bu əsrin ortasına kimi insan səkazı ilə süni zəka birləşə bilər
Bu əsrin ortasına kimi insan səkazı ilə süni zəka birləşə bilər
Sinqulyarlıq konsepsiyası kvant fizikası dünyasından gəlib. Bu, insan zəkasının süni zəka ilə birləşməsi konsepsiyasıdır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ