Süni zəka insanlar arasındakı bərabərsizlik səviyyəsini böyüdə bilər
Süni İntellekt
17.01.2024
Emil Nəcəfov
Beynəlxalq Valyuta Fondunun (BVF) analizlərinə əsasən süni zəka qlobal miqyasda iş yerlərinin 40%-nə təsir göstərə və insanlar arasındakı bərabərsizlik səviyyəsini yüksəldə bilər. BVF-nin icraçı direktoru Kristalina Georgieva-nın sözlərinə əsasən süni zəka texnologiyalarının inteqrasiya ssenarilərinin əksəriyyəti insanlar arasındakı ümumi bərabərsizliyin böyüməsinə səbəb olacaq. Kristalina Georgieva gələcəkdə sosial gərginliyin baş verməməsi üçün siyasətçiləri bu narahatedici tendensiyaya diqqət ayırmağa səsləyib.
BVF-in proqnozlarına əsasən süni zəka texnologiyası inkişaf etmiş ölkələrdəki iş yerlərinin 60%-nə təsir göstərəcək. Bəzi hallarda süni zəka inteqrasiyası hesabına işçilərin produktivliklərinin artması, digər hallarda isə real işçilərin süni zəka ilə əvəzlənməsi gözlənilir. Bu öz növbəsində işçi qüvvəsinə tələbatın azalmasına və bəzi peşələrin ümumiyyətlə yoxa çıxmasına səbəb ola bilər. Bununla belə inkişafda olan ölkələrdəki iş yerlərinin 26%-i süni zəkanın təsiri altına düşə bilər. İnkişafda olan ölkələrdə faiz göstəricisinin daha az olması lazımi infrastrukturun olmaması və lazımi səviyyədə kadrların çatışmazlığı ilə əlaqələndirilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OpenAI öz məhsullarının hərbi məqsədlərdə istifadə qadağasını aradan qaldırıb
OpenAI öz məhsullarının hərbi məqsədlərdə istifadə qadağasını aradan qaldırıb
OpenAI şirkəti öz məhsullarının istifadəsi siyasətində anons edilməmiş dəyişikliklər edib.
Microsoft süni zəka vasitəsilə 18 yeni material kəşf edib
Microsoft süni zəka vasitəsilə 18 yeni material kəşf edib
Microsoft şirkəti Sakit Okean Şimal-Qərb Milli Laboratoriyası ilə birləşərək süni zəka vasitəsilə yeni nəsil batareya üçün nəzərdə tutulmuş perspektivli material yaradıb.
Süni zəkanın insanları məhv etmə riski 5% təşkil edir
Süni zəkanın insanları məhv etmə riski 5% təşkil edir
Süni zəka sahəsində fəaliyyət göstərən aparıcı mütəxəssislər arasında keçirilmiş sorğuya əsasən süni zəkanın insan idarəsi altından çıxaraq bizləri məhv etmə riski 5% təşkil edir.
Süni zəka son 60 ildə ilk dəfə effektiv antibiotik yaradıb
Süni zəka son 60 ildə ilk dəfə effektiv antibiotik yaradıb
Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri müxtəlif növ xəstəliklərə səbəb olan və daha öncə yenilməz hesab edilmiş qızılı stafilokokk (MRSA) adlı bakteriya üçün yeni effektiv antibiotiki kəşf ediblər.
Çat-botları məhdudiyyətlərdən azad edən süni zəka sistemi yaradılıb
Çat-botları məhdudiyyətlərdən azad edən süni zəka sistemi yaradılıb
ChatGPT və onun böyük dil modelləri əsasında çalışan analoqları istənilən mövzu ətrafında ünsiyyət qura bilmirlər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!