Tamamilə süni intellektlə hazırlanmış ilk qısametrajlı film təqdim edilib!
Süni İntellekt
27.06.2024
Farid Pardashunas
OpenAI tərəfindən hazırlanan və süni intellektlə videolar yarada bilən Sora tərəfindən yaradılan ilk qısametrajlı film, işıq üzü görüb.
Dünyaca məşhur oyuncaq şirkəti "Toys R Us", yeni reklam kampaniyası çərçivəsində OpeanAI-nin Sora adlı qabaqcıl video süni intellektindən istifadə edərək yeni bir ilkə imza atıb. “The Origin of Toys R Us” adlı qısametrajlı film, bizə brendin qurucusu Charles Lazarus-un uşaqlığını və şirkətin necə yarandığını qısa bir hekayə ilə göstərir.
Toys R Us Studios və Native Foreign reklam agentliyi ilə birgə həyata keçirilən layihədə Open AI Sora, prosesin hər tərəfində fəal rol oynayıb. Layihənin hər mərhələsində, o cümlədən ssenarinin yazılması, vizual dizayn və bütün texniki detalların hazırlanmasında süni intellektdən istifadə edilib. Yuxarıdakı video ilə yarım dəqiqəlik treylerini izləyə biləcəyiniz filmin tam hissəsini bura klikləməklə izləyə bilərsiniz. Süni intellekt sənayesində yeni zəmin yaratması gözlənilən layihə, bu yeni texnologiyanın reklam sənayesindəki yaradıcı proseslərə necə inteqrasiya oluna biləcəyini də ortaya qoyur.
Linki kopyala
openai
artificial intelligence
openai sora
sora
Toys R Us
The Origin of Toys R Us
ai
suni zeka
suni intellekt
Bənzər xəbərlər
Oxşar xəbərlər
Honor markası, telefonlarda deepfake görüntülərini aşkar edə bilən süni intellekt xüsusiyyətini təqdim edib!
Honor markası, telefonlarda deepfake görüntülərini aşkar edə bilən süni intellekt xüsusiyyətini təqdim edib!
Honor şirkəti, Mobil Dünya Konqresində (MWC) deepfake görüntülərini aşkar edəcək və göz sağlamlığını qoruyacaq yeni süni intellekt xüsusiyyətlərini təqdim edib.
Siyasi deepfake-lər süni zəka sui-istifadəsinin ən məşhur istiqamətinə çevrilib
Siyasi deepfake-lər süni zəka sui-istifadəsinin ən məşhur istiqamətinə çevrilib
Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind laboratoriyası tərəfindən aparılmış araşdırma sayəsində məlum olub ki, süni zəka ən çox kiberhücumların təşkilində deyil, deepfake-lərin yaradılmasında sui-istifadə edilir.
İddialara görə Google, məşhurları və influencer-ləri süni intellektə çevirəcək çatbotlar hazırlamağı planlaşdırır!
İddialara görə Google, məşhurları və influencer-ləri süni intellektə çevirəcək çatbotlar hazırlamağı planlaşdırır!
Google, insanların nəinki sual verə biləcəyi, həm də birlikdə vaxt keçirə biləcəyi çatbotlar yaratmaq istəyir. Buna görə də Google, məşhurları süni intellektə çevirəcək çatbotlar hazırlamağı planlaşdırır.
ABŞ-da süni zəka adi işçiləri yavaş-yavaş sıxışdırıb çıxartmağa başlayıb
ABŞ-da süni zəka adi işçiləri yavaş-yavaş sıxışdırıb çıxartmağa başlayıb
ABŞ-ın böyük şirkətlərinin yarısından çoxu (61%) daha öncə insanların yerinə yetirmiş olduqları tapşırıqların avtomatlaşdırılması istiqamətində gələn il süni zəka sistemlərinin inteqrasiyasını planlaşdırır.
Nvidia DLSS, gələcəkdə generativ süni intellektdən istifadə edəcək!
Nvidia DLSS, gələcəkdə generativ süni intellektdən istifadə edəcək!
Nvidia-nın DLSS texnologiyasının oyunlara təsiri getdikcə artacaq. Baş direktor Jensen Huang-ın sözlərinə görə, DLSS gələcəkdə sıfırdan oyundaxili teksturalar, personajlar və obyektlər yarada biləcək.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!