main-post-cover

    Tencent şirkəti DeepSeek-dən daha sürətli çalışan süni zəka modelini təqdim edib

    Süni İntellekt
    27.02.2025
    Emil Nəcəfov
         Tencent Holdings şirkəti Hunyuan Turbo S adlı yeni süni zəka modelini təqdim edib. Şirkətin iddiasına görə, bu model sorğulara DeepSeek R1-dən daha sürətli reaksiya verir və düşünmə qabiliyyətinə malikdir. Bundan əlavə, Hunyuan Turbo S-in istifadə xərci əvvəlki versiyalarla müqayisədə xeyli aşağıdır. Tencent bildirib ki, Turbo S istənilən sorğuya 1 saniyə ərzində cavab verə bilir. Bu onu DeepSeek R1, Hunyuan T1 və digər nisbətən daha ləng düşünən modellərdən fərqləndirir, çünki bu modellər cavab vermədən əvvəl bir qədər düşünməyə ehtiyac duyurlar. Şirkət əlavə edib ki, Turbo S-in bilik, riyaziyyat və məntiqi düşünmə sahələrindəki performansı DeepSeek V3 səviyyəsindədir.
         Qeyd edək ki, DeepSeek V3 OpenAI-nin ChatGPT modelindən daha çox yüklənmə əldə edən DeepSeek çat-botunu gücləndirən süni zəka modelidir. Tencent öz iddialarını sübut etmək üçün Hunyuan Turbo S-in DeepSeek V3 ilə süni zəka sahəsində məşhur testlərdə rəqabət apara biləcəyini göstərən məlumatlar təqdim edib. DeepSeek R1 və V3 modellərinin uğuru, onların geniş tanınması və Silikon Vadisində maraq doğurması Çin texnologiya nəhənglərini - Tencent və Alibaba-nı yeni süni zəka modellərinin buraxılışını sürətləndirməyə məcbur edib. DeepSeek R1 təqdim olunduqdan cəmi bir neçə gün sonra, e-ticarət nəhəngi Alibaba, Qwen 2.5-Max modelini elan etdi.
         Şirkət iddia edir ki, bu model DeepSeek V3-ü bütün sahələrdə üstələyir və hətta GPT-4oClaude-3.5 Sonnet kimi aparıcı modellərdən daha güclü imkanlara malikdir. Tencent, Alibaba ilə yanaşı, Çində ən böyük bulud infrastrukturu təminatçılarından biri kimi, DeepSeek texnologiyasını WeChat mesajlaşma tətbiqinə inteqrasiya edib. Bunun nəticəsində Tencent-in səhmləri yüksəlib. DeepSeek çat-botu Çinin dövlət qurumları, o cümlədən Honq-Konqdakı idarələr tərəfindən geniş istifadə olunur. Bloomberg bildirib ki, DeepSeek-in açıq mənbəli həllər və aşağı qiymətlər təklif etmə strategiyası bazarda rəqabəti artırıb. Bunun nəticəsində Çinin süni zəka bazarındakı aparıcı şirkətlər istifadəçilər üçün xidmət haqlarını azaltmağa məcbur olublar.
    Mənbə: Bloomberg
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    DeepSeek Çində süni zəka inqilabını işə salıb
    deepseek-cinde-suni-zeka-inqilabini-ise-salib
    Microsoft CEO-su: "Süni zəkanın dəyəri onun iqtisadiyyata necə təsir göstərdiyindən asılı olacaq"
    microsoft-ceo-su-suni-zekanin-deyeri-onun-iqtisadiyyata-nece-tesir-gosterdiyinden-asili-olacaq
    OpenAI şirkəti GPT-4.5-i istifadəyə verməyə hazırlaşır
    openai-sirketi-gpt-45-i-istifadeye-vermeye-hazirlasir
    Süni zəka agentləri səbəbilə internet süquta uğraya bilər
    suni-zeka-agentleri-sebebile-internet-suquta-ugraya-biler
    Süni zəka növbəti 10 ildə avtomobil dizaynerlərini əvəz edə bilər
    suni-zeka-novbeti-10-ilde-avtomobil-dizaynerlerini-evez-ede-biler