ABŞ-da ilk smart avtomobil yolu layihəsinə start verilib
Elm & Texnologiya
04.07.2024
Emil Nəcəfov
ABŞ-ın Miçiqan ştatında ölkənin ilk smart avtomobil yolu layihəsinin reallaşdırılmasına start verilib. Miçiqan ştatının Ann-Arbor və Detroyt şəhərləri arasındakı 4.82 km-lik avtomobil yolu sahəsi xüsusi sensorlar və rabitə təchizatları ilə təmin olunur. Onlar yolda hərəkət edən avtomobilləri müşahidə edərək sürücülərə aktual məlumatları təqdim edəcəklər. Gələcəkdə bu layihənin 64.37 km-lik avtomobil yolu sahəsini əhatə edəcəyi gözlənilir.
Google şirkətinin sahibi olan Alphabet holdinqi tərəfindən dəstəklənən Cavnue adlı startap ölkə üzrə digər avtomobil yolları üçün nümunə ola biləcək bu layihəni reallaşdırmaqla məşğuldur. Smart avtomobil yolu sürücülər ilə Miçiqan Nəqliyyat Departamentini avtomobil yolundakı mümkün problemlər barəsində məlumatlandırmaq üçün nəzərdə tutulub. Bu cür problemlərə misal olaraq avtomobil yolunda yaranmış maneələri, qəzaları və tıxacları gətirmək olar.
Gözləntilərə əsasən bu layihə avtomobil yollarındakı yüklənməni aşağı salacaq, ola biləcək avtomobil qəzalarının qarşısını alacaq və yolda yarana biləcək fövqəladə hallara reaksiyanın operativliyini yaxşılaşdıracaq. Sözügedən layihə çərçivəsində yol boyunca sensor və kameralara sahib sütunlar yerləşdirilib. Onlar avtomobil yolunun hər bir hissəsini monitorinq edirlər və yolda baş verə biləcək təhlükəli səyahət hallarının təyin edilməsi istiqamətində kameralardan əldə edilən görüntüləri süni zəka alqoritmi vasitəsilə analiz edirlər. Cavnue startapının texnologiyası rabitə funksiyasına sahib istənilən avtomobil ilə əlaqə yarada bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ABŞ-da neyrointerfeysli bionik ayaq protezi yaradılıb (VİDEO)
ABŞ-da neyrointerfeysli bionik ayaq protezi yaradılıb (VİDEO)
Massaçusets Texnologiya Institutunun tədqiqatçıları pasientlər ilə birlikdə bionik ayaq biləyi protezini yaradıb və test ediblər.
Dərman kapsulu formasında olan robotun insanlar üzərində klinik testlərinə start verilir (VİDEO)
Dərman kapsulu formasında olan robotun insanlar üzərində klinik testlərinə start verilir (VİDEO)
Endiatx adlı şirkət dərman kapsulu formasında olan PillBot adlı robotun insanlar üzərində klinik testlərinə start verib.
İnsan hərəkətlərini real zaman ərzində təkrarlayan robot hazırlanıb (VİDEO)
İnsan hərəkətlərini real zaman ərzində təkrarlayan robot hazırlanıb (VİDEO)
Stenford Universitetinin alimləri HumanPlus adlı yeni insanabənzər robotu təqdim ediblər. Sözügedən yeni robot öyrənmə bacarığına və insan hərəkətlərinin qəliz ardıcıllıqla yerinə yetirilməsi özəlliyinə sahibdir.
Yapon şirkəti 2050-ci ilə qədər kosmik lifti istifadəyə verməyi planlaşdırır
Yapon şirkəti 2050-ci ilə qədər kosmik lifti istifadəyə verməyi planlaşdırır
Yaponiyanın Obayashi adlı şirkəti 2050-ci ilə kimi kosmik lift inşa etməyi planlaşdırır. Nəzərdə tutulan kosmik lift Yer kürəsinin geosinxron orbitinə yüklərin daşınması üçün istifadə ediləcək.
Dünyanın ilk naqilsiz prosessoru hazırlanıb
Dünyanın ilk naqilsiz prosessoru hazırlanıb
Yaponiyanın 2020-ci ildən yarımkeçiricilər sahəsində fəaliyyət göstərən Premo adlı startapı unikal prosessor prototipini təqdim edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ