Alimlər elektrik enerjisi istehsal edə bilən süni bitki hazırlayıblar!
Elm & Texnologiya
08.10.2024
Farid Pardashunas
Tədqiqatçılar tərəfindən hazırlanmış bu süni bitki, daxili məkanlarda fotosintez üçün işıqdan istifadə edir, CO2 səviyyəsini 90% azaldır, oksigen və bioelektrik istehsal edir.
ABŞ-dakı Binghamton Universitetindən bir qrup tədqiqatçı, davamlı enerji sahəsində böyük bir irəliləyiş edərək yalnız fotosintezi təqlid etməklə kifayətlənməyib, eyni zamanda elektrik də istehsal edən süni bitki hazırlayıblar. Layihə əvvəlcə bakteriya ilə işləyən biobatareyalar üzərində aparılan tədqiqatların bir genişlənməsi kimi dizayn olunmuşdu. Komanda, 5 bioloji günəş batareyasından və fotosintetik bakteriyalardan istifadə edərək süni yarpaq istehsal edib və bu yarpaq daha geniş tətbiq sahələri olan tam bir bitkiyə çevrilib. Bitki, eyni zamanda daxili məkanın hava keyfiyyətini yaxşılaşdırmağa da qadirdir. 5 yarpaqlı süni bitkinin karbon dioksid udma qabiliyyəti və oksigen istehsalı test edilib.
Bitki hal-hazırda təxminən 140 mikrovatt dəyərində güc istehsal edə bilir, lakin professor Seokheun Choi və doktorant tələbəsi Maryam Rezaie rəhbərliyindəki qrup, bu göstəricini 1 millivattdan çox artırmağı hədəfləyir. Onlar həmçinin, dizayna litium-ion batareyaları və ya super kondensatorlar kimi enerji saxlama sistemini də əlavə etməyi planlaşdırırlar. Süni bitki xüsusilə karbon dioksid səviyyələrini azaltmaqla daxili məkanın hava keyfiyyətini yaxşılaşdırmaqda çox uğurlu olub. Belə ki, bu bitki, fotosintezi gücləndirmək üçün daxili məkan işığından istifadə edir və CO2 səviyyələrini 5.000-dən 500 ppm-yə qədər, yəni 90% azaltmağa nail olur.
Bu, təbii bitkilərin yaratdığı 10%-lik azalmalara nisbətdə böyük bir inkişaf kimi qəbul edilir. Sistem həmçinin portativ elektron cihazları işlətmək üçün kifayət qədər oksigen və bioelektrik istehsal edərək daxili məkanın ekoloji problemlərinə davamlı bir həll təklif edir. Choi, xüsusilə COVID-19 pandemiyası nəzərə alındıqda, daxili məkanın hava keyfiyyətinin əhəmiyyətinin vacib olduğunu vurğulayıb. O, müxtəlif mənbələrin, o cümlədən tikinti materialları və xalçaların zərərli maddələr yaydığını qeyd edib. Bundan əlavə, insan nəfəsi daxili məkanlarda CO2 səviyyələrini artırır. Süni bitki isə yenilənə bilən elektrik enerjisi istehsal edərkən hava keyfiyyətini yaxşılaşdırıb, CO2 səviyyələrini azaldaraq bu problemləri həll edə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
“3 Bədən Problemi” reallığa çevrilir: Kosmosda 3 ulduzlu sistem kəşf edilib!
“3 Bədən Problemi” reallığa çevrilir: Kosmosda 3 ulduzlu sistem kəşf edilib!
Netflix-in "3 Bədən Problemi" serialındakı sistem kimi 3 ulduzdan ibarət bir sistem kəşf edilib. NASA-nın məlumatına görə, ulduzların təxminən milyonlarla il sonra birləşərək partlayacağı gözlənilir.
NASA, Supernovanın 3 fərqli anını tək kadrda paylaşıb!
NASA, Supernovanın 3 fərqli anını tək kadrda paylaşıb!
James Webb Kosmik Teleskopu 3.6 milyard işıq ili uzaqlıqdakı inanılmaz bir hadisəni görüntüləyib. Supernovanın 3 fərqli anı tək bir kadrda əks olunub.
Yüzlərlə kilometr uzaqdan nüvə silahlarını aşkar edə bilən detektor hazırlanıb!
Yüzlərlə kilometr uzaqdan nüvə silahlarını aşkar edə bilən detektor hazırlanıb!
İngiltərə və ABŞ-dakı tədqiqatçılar nüvə reaktorlardan yayılan antineytrinoları ölçə bilən bir detektor hazırlayıblar. Bu detektorla yüzlərlə kilometr məsafədən reaktorun məqsədini müəyyən etmək mümkün olacaq.
Öz qolundan ayrılaraq müstəqil şəkildə hərəkət edə bilən robot əl hazırlanıb! (VİDEO)
Öz qolundan ayrılaraq müstəqil şəkildə hərəkət edə bilən robot əl hazırlanıb! (VİDEO)
Öz qolundan ayrılaraq müstəqil şəkildə hərəkət edə, əşyaların üzərinə dırmaşa və əşyaları daşıya bilən robot əl hazırlanıb.
Alimlər kvant hesablamalarında mümkünsüzə nail olublar!
Alimlər kvant hesablamalarında mümkünsüzə nail olublar!
Alimlər kvant məlumatının əsas vahidləri olan kubitləri qorumaq üçün lazer işığına uğurla nəzarət etməklə kvant hesablamalarında böyük irəliləyiş əldə ediblər.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ