Alimlər kvant hesablamalarında mümkünsüzə nail olublar!
Elm & Texnologiya
30.09.2024
Farid Pardashunas
Alimlər kvant məlumatının əsas vahidləri olan kubitləri qorumaq üçün lazer işığına uğurla nəzarət etməklə kvant hesablamalarında böyük irəliləyiş əldə ediblər.
Kanadanın Waterloo Universitetinin tədqiqat qrupu, kvant məlumatının struktur blokları olan qubitləri idarə etmək üçün istifadə olunan lazer işığına nəzarət etməyin bir yolunu tapıb. Bu böyük irəliləyiş, kubitlərin sıfırlanması, ölçülməsi və ya silinməsi zamanı onların təhlükəsizliyini təmin etməklə kvant elmindəki ən çətin problemlərdən birini həll edir. Əlavə olaraq, tədqiqatçılar yaxınlıqdakı ion kubitlərinə toxunmadan bir ion kubitini ölçməyi və sıfırlamağı bacarıblar. Kubitləri qorumaq kvant elmi sahəsində böyük bir maneə hesab edilir. Tək bir kubitdə edilən kiçik bir dəyişiklik qonşu kubitlərə təsir edərək məlumat itkisiylə nəticələnə bilər.
Bu kvant bitlərini qorumağın mövcud yollarının da mənfi cəhətləri var. Belə ki, bunlar tez-tez yeni səhvlər əlavə edə biləcək və səmərəliliyi azalda biləcək əlavə resurslara və ya addımlara ehtiyac duyur. Waterloo Universitetinin tədqiqatçıları bu problemi həll etməyin yolunu tapıblar. Onlar lazer işığını işləyərkən digər kubitlərlə qarışmaması üçün idarə etmək məqsədilə 2 texnologiyanı bir araya gətiriblər: ion tələsi kubitləri və şüanın holografik formalaşdırılması. Bu üsul lazer işığının hədəfə dəqiq fokuslanmasına və digər kubitlərə yayılmasının qarşısını alaraq onların təhlükəsizliyini təmin edir. Komandanın təcrübəsi böyük bir uğur hesab olunur. Tədqiqatçılar dağınıq fotonları uğurla idarə edərək məhdudlaşdıra biliblər və qonşu kubitlərin hər hansı bir pozulma və ya zərərdən qorunmasını təmin ediblər. Əvvəllər, ətrafdakı kubitlərə təsir etmədən tək bir kubiti ölçməyin demək olar ki, mümkünsüz olduğuna inanılırdı.
Linki kopyala
elmi xeber
elmi araşdırma
Scientific news
science
science news
elmi xeberler
kvant texnologiyalar
quantum technologies
Bənzər xəbərlər
Oxşar xəbərlər
Alimlərin fikrincə, Marsın itirilmiş atmosferi əslində gözlərimizin önündə gizlənmiş ola bilər!
Alimlərin fikrincə, Marsın itirilmiş atmosferi əslində gözlərimizin önündə gizlənmiş ola bilər!
Milyardlarla il əvvəl Mars, axan suyu və qalın atmosferi olan canlı bir planet idi. Bəs bu atmosfer hara getdi? Alimlərin fikrincə, bunların hamısı Marsın gillə örtülmüş qabığında gizlənir.
İnsan beyni neçə GB yaddaşa malikdir?
İnsan beyni neçə GB yaddaşa malikdir?
Beynimizdə lazımlı-lazımsız çoxlu məlumatın saxlandığını bilirik. Bəs heç beynimizin neçə GB yaddaşa malik olduğunu düşünmüsünüzmü?
Alimlərin açıqlamasına görə, kosmos insan ürəyinin sürətlə yaşlanmasına səbəb olur!
Alimlərin açıqlamasına görə, kosmos insan ürəyinin sürətlə yaşlanmasına səbəb olur!
İnsan ürəyi kosmosda yalnız 1 ay qaldıqdan sonra yaşlanma əlamətləri göstərir. Tədqiqatçılar xüsusi hazırlanmış ürək toxumasını Beynəlxalq Kosmik Stansiyaya göndərərək onun necə fəaliyyət göstərdiyini ölçüblər.
Yaxın gələcəkdə insanlar, özlərini qripə qarşı iynəsiz şəkildə peyvənd edə biləcəklər!
Yaxın gələcəkdə insanlar, özlərini qripə qarşı iynəsiz şəkildə peyvənd edə biləcəklər!
ABŞ-da iynəsiz FluMist adlı qrip peyvəndi Federal Qida və Dərman İdarəsi (FDA) tərəfindən təsdiqlənib. Bu yeni burun vasitəsilə tətbiq edilən peyvənd, qripdən qorunmaq üçün iynəsiz alternativ təqdim edir.
Məlumatlar “5D” yaddaş kristalları ilə əbədi olaraq saxlanıla biləcək!
Məlumatlar “5D” yaddaş kristalları ilə əbədi olaraq saxlanıla biləcək!
Southampton Universitetinin alimləri, 5D yaddaş kristalı sayəsində məlumatların milyardlarla il təhlükəsiz şəkildə saxlanıla biləcəyini nümayiş etdiriblər.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!