main-post-cover

    Alimlər müəyyən ediblər ki, Süd Yolu qalaktikası digər qalaktikalarla müqayisədə unikal ola bilər!

    Elm & Texnologiya
    22.11.2024
    Farid Pardashunas

         Elm adamları on illərdir Süd Yolu qalaktikasını qalaktikaların necə formalaşdığını anlamaq üçün model olaraq istifadə edirlər. Ancaq Süd Yolu mükəmməl bir istisna ola bilər.

         Tədqiqatçılar Süd Yolu ilə kütləsi bənzər qalaktikaları müqayisə etmək üçün SAGA adlı bir layihə başladıblar. 10 ildən artıq müddətdə kainatı araşdıran SAGA komandası, Süd Yolu kimi 101 qalaktikanı araşdıraraq 378 peyk qalaktikasını aşkar edib. Araşdırmalar göstərir ki, Süd Yolu peyk qalaktikaları və ulduz formalaşması baxımından digər bənzər qalaktikalardan fərqlənir. Süd Yolu Böyük və Kiçik Magellan Buludları (LMC və SMC) daxil olmaqla 4 parlaq peyk qalaktikasına ev sahibliyi edir. Ancaq digər bənzər qalaktikalarla müqayisədə Süd Yolunun daha az sayda peyki olduğu məlum olub. Bu vəziyyət Süd Yolunu “b” edir və qalaktika formalaşmasını araşdırmaq üçün onun model olaraq istifadəsini sual altına qoyur.
         SLAC Milli Sürətləndirici Laboratoriyasında hissəciklər fizikası və astrofizika professoru Risa Wechsler bildirib ki, “Nəticələrimiz qalaktika formalaşması modellərini yalnız Süd Yolu ilə məhdudlaşdıra bilməyəcəyimizi göstərir. Kainatda oxşar qalaktikaların tam spektrinə nəzər salmalıyıq”. Süd Yolu hidrogen dəmir kimi adi atom maddələrindən ibarətdir. Ancaq adi maddə kainatdakı maddənin cəmi 15%-ni təşkil edir. Qalan 85% isə qaranlıq maddə adlanan, görünməyən və mənşəyi naməlum maddədən ibarətdir. Qaranlıq maddənin nədən ibarət olduğu bilinmir və adi maddə və ya işıqla qarşılıqlı əlaqəyə girmir. Araşdırmalar göstərir ki, qalaktikalar geniş qaranlıq maddə halələrinin içində formalaşır. Bu halələr görünməzdir, lakin adi maddəni kosmosdan cəlb edərək ulduzlara və qalaktikalara çevirəcək qədər güclü cazibə qüvvəsi yaradır. SAGA tədqiqatçıları bu qaranlıq maddə halələrinin qalaktika təkamülünə necə təsir etdiyini müəyyənləşdirməyə çalışırlar.
         Yuxarıda da qeyd edildiyi kimi, Süd Yolunun LMC və SMC daxil olmaqla 4 peyki var. Digər bənzər qalaktikaların isə ümumiyyətlə daha çox peykə sahib olduğu vurğulanır. Araşdırmalar göstərir ki, peyk qalaktikalarındakı ulduz formalaşması Süd Yolunda digər qalaktikalardan fərqli bir yol izləyir. Bir çox qalaktikada kiçik peyk qalaktikalar hələ də ulduz yaratmağa davam etdiyi halda, Süd Yolunda bu proses yalnız LMC və SMC kimi böyük peyklərdə müşahidə edilir. Daha kiçik peyk qalaktikalarında ulduz formalaşması dayanmış vəziyyətdədir. Bu, Süd Yolunu bənzərsiz qalaktika kimi, daha köhnə və ulduz formalaşması dayanmış peyklərlə yeni və aktiv olanların qarışığına sahib olduğunu göstərir.
         Araşdırmada həmçinin ulduz formalaşmasının ev sahibi qalaktikaya daha yaxın olan peyk qalaktikalarında dayandığı qeyd edilir. Bu, ev sahibi qalaktikanın içindəki və ətrafındakı qaranlıq maddə halələrinin cazibə qüvvəsinin təsiri ilə izah olunur. SAGA komandası əldə olunan məlumatların qalaktika formalaşması nəzəriyyələrinin yenidən nəzərdən keçirilməsini tələb etdiyini bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ESA, Günəşin ən detallı görüntülərini paylaşıb!
    esa-gunesin-en-detalli-goruntulerini-paylasib
    Yeni DNT çap texnikası ilə məlumatların saxlanmasında inqilabi inkişaf yaşana bilər!
    yeni-dnt-cap-texnikasi-ile-melumatlarin-saxlanmasinda-inqilabi-inkisaf-yasana-biler
    Alimlər ilk dəfə qara dəliyin haləsini görüntüləməyi bacarıblar!
    alimler-ilk-defe-qara-deliyin-halesini-goruntulemeyi-bacariblar
    Kosmosda uzun müddət ərzində qalma qocalma prosesini sürətləndirir
    kosmosda-uzun-muddet-erzinde-qalma-qocalma-prosesini-suretlendirir
    "Birinci toyuq yaranıb, yoxsa yumurta?" sualının cavabı tapılıb!
    birinci-yumurta-yaranib-yoxsa-toyuq-sualinin-cavabi-tapilib