Alimlər təsadüf nəticəsində "Hörümçək-adam"ın torlarını yaradıblar! (VİDEO)
Elm & Texnologiya
14.10.2024
Farid Pardashunas
Məhəllənin dostcanlı qəhrəmanı Hörümçək-adam artıq o qədər də xüsusi deyil. Çünki Tufts Universitetinin tədqiqatçıları Hörümçək-adamın biləyindən çıxan torları yaratmağı bacarıblar.
Tufts Universitetinin Silklab araşdırma laboratoriyasında hazırlanan bu texnologiya, birbaşa təbiətdən ilham alır. Hörümçəklər, qarışqalar, arılar və kəpənəklər kimi bir çox canlılar ipək istehsal edə bilirlər. Bu təbii dizayndan ilhamlanan tədqiqatçılar, ipək fibroin adlı proteinlərdən yapışan liflər hazırlamağa nail olublar. İpək qurdlarının baramalarından əldə edilən fibroin proteini, incə iynələrdən keçdikdə havada bərkimiş incə lifə çevrilir və bu lif obyektlərə yapışa bilir.
Araşdırmada iştirak edən alim Marco Lo Presti, bu texnologiyaya təsadüfən nail olduqlarını bildirib. İpək fibroin məhlulundan istifadə edərək çox güclü yapışdırıcılar üzərində işləyərkən təsadüfi bir müşahidə layihənin əsasını qoyub. Lo Presti, laboratoriya cihazını asetonla təmizləyərkən qabın dibində hörümçək toruna bənzər bir quruluşun yarandığını görüb. Bu müşahidə, ipək məhlulunun bəzi kimyəvi maddələrlə təmasda olduqda sürətlə bərkidiyini göstərib.
Araşdırmanın ən diqqətçəkici cəhəti, ipək liflərinin təbiətdə gördüyümüz hörümçək torlarından fərqli olaraq uzaqdan atıla bilməsidir. Adətən hörümçəklər torlarını buraxdıqdan sonra bir səthə toxunaraq torlarını uzadırlar, bu yeni texnologiya isə ipək liflərinin bir cihazdan atılaraq uzaq obyektlərə yapışmasına imkan verir. Bu da ona “super qəhrəmandan ilhamlanmış” bir material kimi yanaşılmasına səbəb olub. İpək fibroin məhlulları, etanol və ya aseton kimi üzvi həlledicilərə məruz qaldıqda saatlar ərzində yarım bərk bir hidrogel yaradır, lakin yapışdırıcı istehsalında istifadə edilən dopaminin olması isə bərkimə prosesinin dərhal baş verməsini təmin edib.
İpəyə əlavə edilən dopamin və xitin törəmələri sayəsində liflər olduqca güclü yapışma və çəkmə xüsusiyyətləri qazanır. Liflərin diametri insan saçının qalınlığında ola biləcəyi kimi, iynənin diametrinə görə yarım millimetrə qədər də genişlənə bilir. Bu texnologiya sayəsində 12 santimetr məsafədən obyektləri qaldırmaq mümkündür. Məsələn, bir barama, polad bolt, skalpel və ya suyun üzərində üzən bir boru bu liflərlə havaya qaldırıla bilir. Bildirilir ki, hazırlanan texnologiya öz ağırlığının 80 qatından daha ağır obyektləri qaldıra bilir. Bütün bu nailiyyətlər təsirli olsa da, təbii hörümçək ipəyi bu araşdırmadakı insan tərəfindən hazırlanmış liflərdən hələ də təxminən 1.000 dəfə güclüdür. Lakin bir az daha təsəvvür və mühəndisliklə bu yenilik inkişaf etməyə davam edəcək və müxtəlif texnoloji tətbiqlərin yolunu açacaq potensiala çatacaq.
Linki kopyala
elmi xeber
elmi araşdırma
Scientific news
spiderman
spiderman web
hörümçək-adam
hörümçmək-adam toru
science
science news
elmi xeberler
interesting news
interesting technology news
Bənzər xəbərlər
Oxşar xəbərlər
Çinli alimlər Mars atmosferindən istifadə edərək işləyən batareya hazırlayıblar!
Çinli alimlər Mars atmosferindən istifadə edərək işləyən batareya hazırlayıblar!
Çinli alimlər Mars atmosferindən yanacaq kimi istifadə edən unikal bir batareya hazırlayıblar. Çətin şərtlərdə işləyə bilən bu batareya, ənənəvi litium-ion batareyalarından çox daha yüksək enerji sıxlığına malikdir.
Alimlər səs dalğalarını yalnız bir istiqamətdə ötürə bilən cihaz hazırlayıblar!
Alimlər səs dalğalarını yalnız bir istiqamətdə ötürə bilən cihaz hazırlayıblar!
Səs mənbəyini tərk etdikdən sonra dalğalar kimi hər tərəfə yayılır. Lakin alimlər səs dalğalarının yalnızca tək bir istiqamətə doğru hərəkət etməsini təmin edən bir cihaz hazırlayıblar.
Bəzi məməlilərin hamiləliklərini "gecikdirməsinə" imkan verən xüsusiyyətin insan embrionlarında da işlədiyi aşkar edilib!
Bəzi məməlilərin hamiləliklərini "gecikdirməsinə" imkan verən xüsusiyyətin insan embrionlarında da işlədiyi aşkar edilib!
Alimlər məməlilərin hamiləliklərini ətraf mühit şəraitinə uyğun olaraq gecikdirməsini təmin edən bir molekulun insanlarda da işləyə biləcəyini kəşf ediblər.
Kvant kompüterlərinin superkompüterləri necə üstələyə biləcəyi məlum olub!
Kvant kompüterlərinin superkompüterləri necə üstələyə biləcəyi məlum olub!
Kvant kompüterləri on illərdir üzərində işlənən bir mövzudur. İndi isə Google, kvant kompüterlərinin müasir ən güclü superkompüterləri necə üstələyə biləcəyini göstərib.
İnqilabi bir kəşflə "yuxular arası əlaqə" dövrü başlayır!
İnqilabi bir kəşflə "yuxular arası əlaqə" dövrü başlayır!
Neyrotexnologiya sahəsində fəaliyyət göstərən REMspace startapı, elmi fantastikaya bənzəyən bir inkişafla lusid yuxu zamanı insanlar arasında ilk dəfə ikitərəfli ünsiyyətə nail olduğunu açıqlayıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ