main-post-cover

    Ayda hələ də aktiv vulkanlar ola bilər!

    Elm & Texnologiya
    11.09.2024
    Farid Pardashunas

         Çinin Aydan nümunələr toplayıb, Yerə gətirən tarixi Chang'e 5 missiyasından əldə edilən məlumata görə, elm adamları Ayda hələ də aktiv vulkanların ola biləcəyini düşünürlər.

         Alimlər bir müddətdir ki, Ayın keçmişində artıq vulkanik fəaliyyətin olduğunu bilirdilər. Ancaq bu fəaliyyətlərin ən son 3-3.8 milyard il əvvələ aid olduğu düşünülürdü. Çinin Chang'e 5 missiyası, Ayın daha yaxın keçmişdə vulkan püskürmələri yaşadığına dair sübutlar təqdim edir. Lakin Chang'e 5-in gətirdiyi dəlillər, Ayın vulkanik fəaliyyətinin daha yaxınlarda, təxminən 123 milyon il əvvəl yaşandığını ortaya qoymuş oldu. Bu yeni kəşf, Çin Elmlər Akademiyasından Bi-Wen WangQian Zhang-ın rəhbərlik etdiyi bir qrup tərəfindən ətraflı təhlil və uran-qurğuşun tarixləndirilməsi nəticəsində aşkar edilmişdir.
         Kosmik miqyasda bu, 123 milyon il əvvəl, yəni demək olar ki, "dünən" baş vermiş bir hadisə kimi qiymətləndirilir. Bu, Ayın yarandığı gündən bəri davamlı olaraq vulkanik aktivliyə malik ola biləcəyini və bu fəaliyyətin bu gün də davam edə biləcəyini göstərir. Bu kəşf, Ayın tamamilə “ölü” göy cismi olmadığına dair güclü ipucu verir. Chang'e 5 tərəfindən toplanan 1.7 qram Ay torpağında tapılan yalnız 3 kiçik şüşə muncuq, bu vulkanik fəaliyyətlərin ən konkret sübutu kimi diqqəti cəlb edir. Ölçüsü 20-400 mikron arasında olan bu muncuqlar, vulkanik lava fontanları nəticəsində əmələ gəlmiş ola bilər. Belə muncuqlar əvvəllər də Ayda tapılıb, lakin onların hamısının tarixi milyardlarla il əvvələ təsadüf edib. Şüşə muncuqlar və ya dənəciklər deyə biləcəyimiz bu parçalar, meteorit zərbəsi nəticəsində də əmələ gələ bilər. Bununla belə, tədqiqatçılar yeni tapıntıların vulkanizmə aid olduğunu bildirirlər. Nümunələr həmçinin asteroidin zərbəsi nəticəsində yaranan hissəcikləri də ehtiva edir.
         Bu yeni tapıntılar, Ayın daxili quruluşu ilə bağlı modellərin yenidən qiymətləndirilməsinin lazım olduğunu ortaya qoyur. Ay, 4.5 milyard il əvvəl meydana gəldiyindən onun daxili quruluşu soyumalı və vulkanik fəaliyyətlər sona çatmalı idi. Lakin bu vulkanik şüşə muncuqlar Ayın hələ də yerli istilik mənbələrinə malik ola biləcəyini göstərir. Tədqiqatçılar müəyyən ediblər ki, bu şüşə muncuqlarda yüksək miqdarda nadir torpaq elementləri və torium var. Bu elementlər, radioaktiv parçalanma vasitəsilə istilik yarada bilər ki, bu da Ayın mantiyasında lokallaşdırılmış qayaların əriməsinin kiçik vulkan püskürmələrinə səbəb ola biləcəyini göstərir.
         Bu kəşflər, həm də Ayda potensial vulkanik fəaliyyətlə bağlı bir çox yeni suallar doğurur. Ancaq bu suallardan ikisi çox kritikdir. Birincisi, bu vulkanizm bu gün aktiv ola bilərmi? Ay vulkanizmi hələ də mövcuddursa, gələcək astronavtların Ayda bazalar quraraq enerjisindən istifadə etmələri mümkündürmü? Bu suallara hələ qəti cavab verilməsə də, indi bir şey aydındır: Ay düşündüyümüz qədər “ölü” deyil. Vulkanik fəaliyyətlər bəlkə də hələ də Ayın səthində zaman-zaman baş verir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Ay bazası üçün kosmosda Ay torpağından hazırlanmış kərpiclər sınaqdan keçiriləcək!
    ay-bazasi-ucun-kosmosda-ay-torpagindan-hazirlanmis-kerpicler-sinaqdan-kecirilecek
    NASA, Yer ətrafında görünməz elektrik sahəsi aşkar edib!
    nasa-yer-etrafinda-gorunmez-elektrik-sahesi-askar-edib
    Gələcəkdə Süd Yolu və Andromeda qalaktikaları toqquşacaqmı?
    gelecekde-sud-yolu-ve-andromeda-qalaktikalari-toqqusacaqmi
    Çinli alimlər Ay süxurlarından su əldə edə biliblər
    cinli-alimler-ay-suxurlarindan-su-elde-ede-bilibler
    Alimlər, bir ulduzun qara dəliyə düşərkən nələr baş verəcəyini görmək üçün simulyasiya hazırlayıblar! (VİDEO)
    alimler-bir-ulduzun-qara-deliye-duserken-neler-bas-vereceyini-gormek-ucun-simulyasiya-hazirlayiblar-video