Ayda ilk dəfə səthaltı mağara kəşf edilib
Elm & Texnologiya
16.07.2024
Emil Nəcəfov
İtalyan astronomlar tərəfindən edilmiş kəşf Yer kürəsinin təbii peyki olan Ayın mənimsənilməsi planlarını tamamilə dəyişə bilər. Belə ki, Ay orbital aparatı tərəfindən əldə edilmiş məlumatların analizləri Ayda səthaltı mağaranın olduğunu aşkar etməyə imkan veriblər. Bu cür mağara isə Ayda potensial baza üçün ideal yer ola bilər. Leonardo Carrer və Lorenzo Bruzzone-nin rəhbərliyi altında alimlər 2010-cu ildə NASA Lunar Reconnaissance Orbiter adlı aparat vasitəsilə Ay səthinin çəkilmiş radar fotolarını incələyiblər.
Mütəxəssislər belə bir nəticəyə gəliblər ki, Ay səthinin sahələrindən birində əks olunmuş siqnal uzunluğu 10-larla metr olan səthaltı boşluğa və ya tunelə işarə edir. Kəşf edilmiş mağara 1969-cu ildə reallaşdırılmış “Apollo-11” missiyasının eniş sahəsinin yaxınlığında 100 metr dərinlikdə yerləşir. Alimlərin fikirlərinə əsasən sözügedən mağara radiasiyadan, meteroitlərdən və Ay səthindəki daimi temperatur dəyişikliklərindən ideal qorunma yeri ola bilər. Daha əvvəllər Ay səthində bu cür tunellər yalnız fərziyyə xarakteri daşıyırdılar. Lakin indi onların mövcudluqları real olaraq təsdiqlənib. Mütəxəssislər bildiriblər ki, bu cür mağara Ayda xüsusi bazanın inşası ideyasını reallığa çevirə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Ayın səthində ilk dəfə mənfi ionlar aşkar edilib!
Ayın səthində ilk dəfə mənfi ionlar aşkar edilib!
ESA-nın Aya enən ilk vasitəsi Günəş küləyi ilə qarşılıqlı təsir nəticəsində Ayın səthində mənfi ionların olduğunu aşkar edib.
Ayın tozla örtülmüş qabığının altında nələrin olduğu açıqlanıb!
Ayın tozla örtülmüş qabığının altında nələrin olduğu açıqlanıb!
Tədqiqatçılar planetimizin peyki olan Ayın qabığının altında nələrin olduğunu izah ediblər.
Ayın yaşı daha öncə düşünüldüyündən daha çox imiş
Ayın yaşı daha öncə düşünüldüyündən daha çox imiş
NASA Ay səthindən Yer kürəsinə çatdırılmış çoxlu sayda nümunəni öz anbarlarında möhürlü şəkildə saxlayır.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
Astrofizik Daniele Sorini: Biz yadplanetliləri görə bilmirik, çünki onlar başqa kainatdadırlar!