main-post-cover

    Beyində mikroplastikin yığılması Altsheymer xəstələyinə səbəb ola bilər

    Elm & Texnologiya
    23.08.2024
    Emil Nəcəfov
         Hələ bir neçə müddət bundan öncə aparılmış araşdırma nəticəsində məlum olmuşdu ki, ölçüləri 5 mm-dən daha kiçik olan plastik hissəciklər (mikroplastik) insan beynində çoxlu miqdarda yığıla bilirlər. Nyu-Meksiko Universitetinin alimləri tərəfindən aparılmış yeni tədqiqat çərçivəsində isə məlum olub ki, demensiya və ən əsas da Altsheymer xəstələyi səbəbilə həyatlarını itirmiş şəxslərin beyinlərindən əldə edilmiş nümunələrdə çoxlu miqdarda mikroplastik olub. Bu məlumatlar hələ ilkin məlumatlardır. Onların ekspert qiymətləndirməsindən hələ keçməmələrinə baxmayaraq onlar artıq indidən elm cəmiyyətində narahatlığa səbəb olublar. Belə ki, bu hal qlobal səhiyyə sahəsinə ciddi təsir göstərə bilər.
        Mikroplastik hissəciklər ətraf mühitdə geniş yayılıblar. Onlar nəfəs aldığımız havada, içdiyimiz suda və qəbul etdiyimiz qida növlərində belə mövcuddurlar. Onlar insan toxumalarının dərinliklərinə daxil ola bilirlər və aparılmış yeni tədqiqat onu sübut edir ki, daha öncə mikroplastikin aşkar edildiyi digər orqanlardan fərqli olaraq bu hissəciklər insan beynində çoxlu miqdarda yığıla bilirlər. Mütəxəssislər 2016-cı ildən 2024-cü ilə kimi yığılmış qaraciyər, böyrək və beyin toxumalarının 51 nümunəsini analiz ediblər. Aparılmış analiz nəticəsində onlar aşkar ediblər ki, digər orqanlardan fərqli olaraq beyində 7-30 dəfə daha çox mikroplastik mövcuddur. Ən maraqlısı isə odur ki, demensiyadan əziyyət çəkmiş insanlardan əldə edilmiş beyin nümunələrində çəki baxımından sağlam insanlardan əldə edilmiş beyin nümunələrindən 10 dəfə daha çox mikroplastik aşkar edilib.
         Aparılmış tədqiqat beyindəki mikroplastik ilə Altsheymer kimi neyrodegenerativ xəstəliklər arasında səbəb və nəticə əlaqələrini qurmasa da, vacib sualları ortaya çıxarır. Mütəxəssislər bildiriblər ki, son 50 ildə insan beynində aşkar edilmiş mikroplastikin həcmi 50% yüksəlib. Bu isə qlobal demensiya hallarının yüksəlmə statistikası ilə üst-üstə düşür. Bu faktor ətraf mühitin çirklənməsinə səbəb olan mikroplastikin nevroloji xəstəliklərin inkişaflarında hansı rolu oynamasının araşdırılması üçün əlavə stimuldur. 2023-cü ildə aparılmış tədqiqat nəticəsində məlum olmuşdu ki, mikroplastik hissəciklərdən daha kiçik ölçüyə sahib nanoplastik hissəciklər beyindəki zülallar ilə qarşılıqlı əlaqədə olaraq toksik amiloidlərin formalaşmasına səbəb olurlar. Bu toksik zülallar isə Parkinson xəstəliyi zamanı müşahidə edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Alimlər, içməli sudan mikroplastikləri təmizləməyin çox asan yolunu kəşf ediblər!
    alimler-icmeli-sudan-mikroplastikleri-temizlemeyin-cox-asan-yolunu-kesf-edibler
    Mikroplastik hissəciklərə rast gəlinən yerlərin siyahısı təqdim edilib
    mikroplastik-hisseciklere-rast-gelinen-yerlerin-siyahisi-teqdim-edilib
    Bir insanın orqanizminə hər həftə kredit kartı qədər mikroplastik hissəcik daxil olur
    bir-insanin-orqanizmine-her-hefte-kredit-karti-qeder-mikroplastik-hissecik-daxil-olur
    Mikroplastikin insan orqanizminə dəri üzərindən daxil olduğu müəyyən edilib
    mikroplastikin-insan-orqanizmine-deri-uzerinden-daxil-oldugu-mueyyen-edilib