Dünyanın ən böyük 3D printeri evi 80 saata inşa edir
Elm & Texnologiya
29.04.2024
Farid Pardashunas
Men Universitetinin (Men ştatı) əməkdaşları dünyanın polimer əsaslı ən böyük 3D printerini hazırlayıblar. Bununla da onlar özlərininin 2019-cu ildə əldə etmiş olduqları rekordlarını yeniləyiblər. Belə ki, 2019-cu ildə onlar emal edilən materiallardan 183 kvadrat metr sahəli evi inşa edə bilən 3D printeri hazırlamışdılar. Hazırlanmış yeni printer FoF 1 adlanır və məlumata əsasən bu yeni model evin inşa edilməsi tapşırığının öhdəsindən olduqca tez gəlir. Adətən bir mərtəbəli sadə evin inşasına bir neçə ay vaxt sərf edilə bilər. FoF 1 adlı yeni 3D printer isə bu cür evin inşasını 80 saata yekunlaşdıra bilər.
Sözügedən printer 29 metr uzunluğa, 9.7 metr enə və 5.5 metr hündürlüyə sahib obyektləri çap edə bilir. Bu göstəricilərdə obyektlərin çap olunması prosesində printer hər saat 227 kq materialdan istifadə edir. Men Universitetinin əməkdaşları FoF 1-i printerdən daha artıq bir təchizat kimi görürlər. Belə ki, o, evləri inşa etməklə yanaşı onları həmçinin layihələşdirə də bilir. Bundan əlavə olaraq sözügedən 3D printer şəhər infrastrukturu obyektlərinin inşasını da reallaşdıra bilir. Buna misal olaraq körpüləri və ya elektrostansiyaları gətirmək olar. FoF 1 evlərə olan istehlakçı tələblərini qarşılaya və çatışmayan işçi qüvvəsini əvəz edə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
80 saatda bir ev tikən bilən dünyanın ən böyük 3D printeri təqdim edilib!
80 saatda bir ev tikən bilən dünyanın ən böyük 3D printeri təqdim edilib!
Dünyanın ən böyük polimer 3D printeri olan Gələcəyin Fabriki 1.0 (FoF 1.0) təqdim edildi. Bu nəhəng 3D printer ilə kiçik bir ev tikmək dörd gündən az bir vaxt və ya cəmi 80 saat çəkir.
Yeni elektromobil batareyası 1000 km yol qətt etmə imkanını verəcək
Yeni elektromobil batareyası 1000 km yol qətt etmə imkanını verəcək
Pekində keçirilən avtomobil sərgisi çərçivəsində Çinin CATL şirkəti dünyanın Shenxing Plus adlı ilk litium-dəmir-fosfat elektromobil batareyasını təqdim edib.
Kosmik Günəş elektrostansiyasının işlək prototipi hazırlanıb
Kosmik Günəş elektrostansiyasının işlək prototipi hazırlanıb
Space Solar şirkəti kosmosda yerləşdirilməsi planlaşdırılan CASSIOPeiA adlı Günəş elektrostansiyası vasitəsilə 2030-cu ilə qədər milyonlarla evi elektrik enerjisi ilə təmin etməyi hədəfləyib.
Deep South adlı superkompüter insan beynini 2000 dəfə üstələyir
Deep South adlı superkompüter insan beynini 2000 dəfə üstələyir
İnsan beyni yüksək hesablama gücünə sahibdir. Alimlər güman edirlər ki, insan beyni saniyədə 100 milyard əməliyyatın yerinə yetirilməsi sürətinə sahibdir.
Dünyanın ən güclü MRT aparatı ilk beyin fotolarını çəkib (VİDEO)
Dünyanın ən güclü MRT aparatı ilk beyin fotolarını çəkib (VİDEO)
Fransanın Alternativ Energetika və Atom Enerjisi Komissiyası (CEA) Iseult adlı yeni MRT (Maqnit Rezonans Tomoqrafiyası) aparatını təqdim edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!