Elektromobil batareyalarındakı müəyyən kimyəvi birləşmələr insan sağlamlığına zərər vururlar
Elm & Texnologiya
15.07.2024
Emil Nəcəfov
Elektromobillərdə istifadə edilən batareyalar arasında ən məşhuru litium-ion batareyalar hesab edilir. Məlum olub ki, bu batareyalar özlərində perftoralkil və poliftoralkil maddələri (PFAS) birləşdirirlər. Bu maddələr isə ətraf mühitdə tez yığılırlar və onlar hətta minlərlə il ərzində belə parçalanmırlar. PFAS maddələr batareyaları oda daha davamlı edirlər və onlarda elektrik keçiriciliyi xüsusiyyətini yaxşılaşdırırlar. Mütəxəssislər elektromobillər üçün nəzərdə tutulmuş batareyaların istehsalı ilə məşğul olan zavodların yaxınlıqlarında hava, su, torpaq və qar nümunələrinin tərkiblərində yüksək miqdarda PFAS maddələri aşkar ediblər.
Bu maddələr qaraciyər zədələnməsinə, qanda xolesterin səviyyəsinin yüksəlməsinə, çəkinin aşağı düşməsinə və böyrəklərdə xroniki xəstəliklərin formalaşmasına səbəb ola bilərlər. Elektromobillərin istehsalı sayəsində atmosferə parnik qazlarının ifrazı səviyyəsinin aşağı salınması prosesi PFAS maddələrin ətraf mühitə yayılması kimi əks təsir proses ilə müşayiət olunmamalıdır. Əks halda ekoloji istehsal konsepsiyasının mənası itir. Mütəxəssislər batareya istehsalçılarını PFAS maddələrin təsirlərinin aşağı salınması istiqamətində öz texnologiyalarını təkmilləşdirməyə çağırırlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Toshiba dəqiqələr ərzində şarj olunan yeni növ litium-ion batareya hazırlayıb
Toshiba dəqiqələr ərzində şarj olunan yeni növ litium-ion batareya hazırlayıb
Toshiba şirkəti yeni növ litium-ion batareyanı hazırladığını elan edib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!