main-post-cover

    Figure AI robotlarının məişət işlərini necə gördükləri nümayiş etdirilib (VİDEO)

    Elm & Texnologiya
    21.02.2025
    Emil Nəcəfov
         2 həftə əvvəl ABŞ-ın Figure AI şirkəti OpenAI ilə əməkdaşlıqdan imtina etdi və dünən öz insanabənzər robotlarının təbii dildə verilən əmrləri başa düşmək qabiliyyətini nümayiş etdirdi. Bu əmrlər VLA modeli olan Helix tərəfindən emal edilir. VLA modeli - machine vision sistemi ilə böyük dil modelinin birləşməsidir. Bu yanaşma robotlara vizual təsvirləri və dil əmrlərini birləşdirərək müxtəlif əməliyyatları öyrənməyə imkan verir. Bu texnologiya praktiki olaraq nə ilə nəticələnir?
    Robot əvvəllər görmədiyi əşyalarla manipulyasiya edə bilir.
    Təbii dildə səsli əmr aldıqda, ətraf mühiti vizual olaraq təhlil edir.
    Daha sonra analiz nəticələrini nəzərə alaraq, tapşırığı yerinə yetirir.
         Bu, robotların adaptivliyini və müstəqil qərarvermə qabiliyyətini əhəmiyyətli dərəcədə artırır. Helix modeli Figure robotlarının cüt şəkildə işləməsinə və məişət əməliyyatları zamanı bir-biri ilə qarşılıqlı əlaqə qurmasına imkan verir. Bu o deməkdir ki, gələcəkdə ev robotları birlikdə işləyərək bir-birinə kömək edə və ümumi məhsuldarlığı artıra biləcəklər. Figure şirkəti öz 02 robotlarının imkanlarını tipik məişət mühitində nümayiş etdirib, halbuki belə bir mühit robotlar üçün ən mürəkkəb iş şəraitlərindən biri hesab olunur. Robot istehsalçıları üçün idarə olunan və proqnozlaşdırıla bilən sənaye mühitlərində işləyən robotlar yaratmaq daha asandır.
         Bu səbəbdən funksional insanabənzər ev robotlarının bazara çıxışı hələ uzaq perspektiv kimi qiymətləndirilir. Robotların məişət əməliyyatlarını yerinə yetirməyi öyrənmələri proqram təminatının inkişafına böyük investisiya və minlərlə təcrübə aparılmasını tələb edir. Bu cür robotları ənənəvi proqramlaşdırma üsulları ilə hazırlamaq mümkün deyil. Bu səbəbdən evdə köməkçi robotlar yaratmağın yeganə effektiv yolu onların öz-özünə öyrənməsi, yəni süni zəka vasitəsilə adaptasiya olunmasıdır. Ev mühiti çoxsaylı dəyişkənlərə malikdir və robotlar daim yeni şəraitlərə uyğunlaşmalı olacaqlar. Buna görə müvafiq proqram təminatının təkmilləşdirilməsi uzun zaman və ciddi resurslar tələb edəcək.
    Mənbə: Techcrunch
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çinlilər Yer orbitindən 1.7 mm-lik məsafəyə kimi görüntü əldə edə bilən kamera hazırlayıblar
    cinliler-yer-orbitinden-17-mm-lik-mesafeye-kimi-goruntu-elde-ede-bilen-kamera-hazirlayiblar
    Səudiyyə Ərəbistanında futuristik şəhərin tikintisinə start verilib
    seudiyye-erebistaninda-futuristik-seherin-tikintisine-start-verilib
    Havadan CO2-ni udan neft hasilatı gəmisi inşa edilib
    havadan-co2-ni-udan-neft-hasilati-gemisi-insa-edilib
    Atmosferdən CO2-ni yığaraq yanacaq istehsal edən reaktor prototipi hazırlanıb
    atmosferden-co2-ni-yigaraq-yanacaq-istehsal-eden-reaktor-prototipi-hazirlanib
    Meta süni zəka əsaslı robotlar üzərində çalışmağa başlayıb
    meta-suni-zeka-esasli-robotlar-uzerinde-calismaga-baslayib