Kosmosda mövcudluğu qeyri-mümkün olan 1.3 milyard işıq ili ölçülü struktur kəşf edilib
Elm & Texnologiya
29.10.2024
Emil Nəcəfov
Alimlər Yer kürəsindən 6.9 milyard işıq ili uzaqlığında yerləşən nəhəng kosmik strukturu kəşf ediblər. Qalaktikalardan təşkil edilmiş bu nəhəng kosmik struktur formaca halqaya bənzəyir. Kəşf edilmiş bu halqanın diametri 1.3 milyard işıq ili təşkil edir. Kainat barəsində olan müasir təsəvvürlərə əsasən sözügedən kosmik struktur əslində mövcud olmalı deyil. Lakin, bu, son illər ərzində kəşf edilmiş ikinci qeyri-adi kosmik strukturdur. Çoxlu sayda qalaktikadan təşkil edilmiş bu nəhəng struktur öz forması səbəbilə Böyük Halqa adını əldə edib. Bu yeni kəşf alimləri standart kosmoloji modelin fərziyyələrinə yenidən nəzər yetirməyə məcbur edəcək.
Onlar kainatın mövcud təkamül anlayışları əsasında bu nəhəng kosmik strukturun mövcudluğuna aydınlıq gətirə bilmirlər. Sadə sözlə desək, Böyük Halqa öz nəhəng ölçüsü ilə kosmik prinsiplərə ziddir. Kosmik prinsiplərə əsasən kainatdakı bütün materiya bərabər şəkildə paylanmış olmalıdır və bütün kosmos bütün istiqamətlərdə bircins və eyni olmalıdır. Buna görə də kainatın böyük miqyasında kosmosun başqa sahələrindən fərqlənən belə nəhəng strukturlar olmamalıdır. Hal-hazırda hesab edilir ki, ən böyük mümkün kosmik strukturun ölçüsü 1.2 milyard işıq ilindən böyük ola bilməz. Lakin Böyük Halqanın ölçüsü 1.3 milyard işıq ili təşkil edir.
Güman olunur ki, sözügedən halqanın çevrəsi 3.3 milyard işıq ili təşkil edir. Qeyd etmək lazımdır ki, 3 il bundan öncə alimlər digər bir nəhəng kosmik strukturu kəşf etmişdilər. 3 il bundan öncə kəşf edilmiş nəhəng kosmik struktur qövs formasındadır və nəticədə o, Nəhəng Qövs adını əldə etdi. Onun uzunluğu isə 3.3 milyard işıq ili təşkil edir. Maraqlısı ondadır ki, Nəhəng Qövs və Böyük Halqa bir-birilərinə nisbətən yaxın məsafədə yerləşən kosmik strukturlardır. Alimlər kosmosda bu cür nəhəng struklturların necə formalaşdıqlarını hələ anlaya bilmirlər. Ola bilsin ki, kainat mövcud kosmolji modelin güman etdiyi kimi inkişaf etməyib. Qeyd etmək lazımdır ki, Böyük Halqa elmə məlum olan 7-ci nəhəng kosmik strukturdur. Onlardan ən nəhəngi isə Böyük Herakl divarı-Şimal Tacıdır. Bu, qalaktika supertopasıdır (1000-dən çox qalaktikadan təşkil edilmiş kosmik struktur) və onun ölçüsü 10 milyard işıq ili təşkil edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həyatın kosmosdan gəldiyinə dair daha bir sübut aşkar edilib
Həyatın kosmosdan gəldiyinə dair daha bir sübut aşkar edilib
Alimlər Yer kürəsində bioloji həyat növünün formalaşması üçün vacib olan orqanik molekulların planetimizə kosmosdan gəldiklərinə dair yeni sübutlar aşkar ediblər.
Nüvə birləşməsində "gyrotron" ilə tarixi dünya rekordu!
Nüvə birləşməsində "gyrotron" ilə tarixi dünya rekordu!
Yüksək texnologiyalar sahəsində dünya miqyasında lider olan Thales, nüvə sintezi sahəsində böyük bir sıçrayış edib. Wendelstein 7-X stellatorunda gyrotron inqilabı reallaşdırılıb.
Dünyanın ən kiçik bio-batareyası istehsal edilib!
Dünyanın ən kiçik bio-batareyası istehsal edilib!
Oxford Universitetinin tədqiqatçıları, implantlar üçün dünyanın ən kiçik litium bio-batareyasını inkişaf etdiriblər. İnkişaf etdirilən batareya aktivləşdirilə, şarj edilə və bioloji olaraq parçalana bilir.
Pişiklərin sözləri körpələrdən daha tez öyrəndiyi məlum olub!
Pişiklərin sözləri körpələrdən daha tez öyrəndiyi məlum olub!
Pişiklərin əşyalarla bağlı sözləri öyrənmə sürətinin körpələrdən daha yüksək olduğu müəyyən edilib. Bu maraqlı tədqiqatın detallarını təqdim edirik...
Termonüvə enerjisi üçün “7 petavat” gücündə lazerlər işə salınacaq!
Termonüvə enerjisi üçün “7 petavat” gücündə lazerlər işə salınacaq!
Sonsuz termonüvə enerjisi əldə etmək üçün nəhəng bir addım atılır. Qurulacaq 150 milyon dollarlıq yeni müəssisə nüvə birləşməsinə nail olmaq üçün 7 petavatlıq lazerləri işə salacaq.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!